Icma.az
close
up
RU
Ad soyadları milliləşdirmək niyə önəmlidir?

Ad soyadları milliləşdirmək niyə önəmlidir?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar soyadlardakı -ov, -yev sonluqlarının dəyişdirilməsi yenidən gündəmə gəlib. Bununla bağlı müxtəlif şərhlər verilir.

Əslində bu, təkcə -ov, -yev, -ova, -yeva sonluqlarına deyil, -ski, -zadə sonluqlarına da aid edilməlidir. Bəzi insanlar soyadını milliləşdirmək istəyərkən, yanlış qərar verir və -zadə sonluğunu götürür. Yəni russayağı sonluqdan farssayağı sonluğa keçir. Amma ən doğrusu, ya sonluğu atmaq, ya da -lı, -li, -lu, -lü", -soy, oğlu, qızı ilə əvəz etməkdir.

Elə insanlar var, doğulduğu yer adlarını özünə soyad kimi götürmək istəyirlər. Rəsmi statistika göstərir ki, bu, ən çox Qazaxda və Qarabağda müşahidə edilir.

Bir çox hallarda coğrafi adların və toponimlərin soyad olaraq götürülməsinə rəsmi orqanlar icazə vermir. Buna dair onların öz əsaslandırmaları da var. Ancaq, ümumiyyətlə, ad və soyadlarını bütövlükdə dəyişdirmık, yaxud sonluğunu dəyişdirmək istəyən vətəndaşlara məsələyə məsul dövlət qurumları süni maneələr yaradırlar. Bu, özlüyündə çox da asan bir qərar deyil, üstəlik rəsmi təşkilatlarda süründürməçilik, ifrat prosedurçuluq var. Soyadın sonluğunu dəyişmək üçün doqquz sənəd tələb olunur. Bunlar aşağıdakılardır:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Əslində bu, bəlkə də çoxdur. Hazırkı rəqəmsallaşma dövründə bu qədər sənədin toplanmasına və təqdim edilməsinə ehtiyac varmı, yoxdurmu - bunu hüquqşünaslar deyə bilər. Ancaq ilk baxışdan belə təəssürat yaranır ki, bu siyahı yersiz tələblərlə doldurulub.

Hər halda proses başlayıb və ləng də olsa, gedir. Bəs bu proses bizi hara aparacaq?

Açığını desəm, qonşu Gürcüstanda və Ermənistanda soyadları hələ Sovet dövründə də dəyişməz qalmışdı. Eləcə də, Baltik respublikalarında. Ancaq Azərbaycan və Mərkəzi Asiya respublkalarında soyadlar rus sonluqları olan -ov, -yev üzərində qurulmişdu. Əlbəttə, kiçik istisnalarla. İttifaq mərkəzi olmuş Moskva əhalisinin tam çoxluğu müsəlman respublikalarda milli soyadlarına icazə vermirdi. Müstəqil Azərbaycanda bu cür müraciətlərə baxılır və müəyyən əngəllər yaradılsa da, razılıq verilir. Ancaq süni maneələr hələ də çoxdur. Soyadların dəyişdirilməsi, eləcə də, yeni doğulan körpələrə verilən adların milliləşdirilməsi kiməsə xırda məsələ kimi görünə bilər, ancaq bu, çox ciddi, strateji məsələdir. Azərbaycanda əksər insanların adları ərəb, fars, qismən rus və Avropa mənşəlidir. Hətta hind adlarına da rast gəlmək olur. Soyadlar da əsasən ərəb və fars adlarından törəmədir, sonluğu isə əksərən rus sonluqlarıdır. Bir çox insanlar övladına dini motivlərlə ərəb və ya fars adları qoyur. Məsələn, Məhəmməd, Həsən, Hüseyn, Əli və sairə. Soyadları da ərəb, fars adları olur. Nəticədə soyadlar Məmmədov, Həsənov, Hüseynov, Əliyev, Abbasov, Ömərov, Osmanov, Cəfərov və sair formalar alır. Məhəmməd Peyğəmbərin adını qısaldıb (təhrif edib), üstəlik sonuna rus soyadının hissəciyini əlavə etmək nə deməkdir?! Elə də, İmam Əlinin, İmam Hüseynin və sair adlarına da eynilə rus sonluğu əlavə etmişik. Bu, həmin şəxslərə də hörmətsizlikdir. Bu cür soyadlar kütləvidir; ölkə əhalisinin əksəriyyətinin soyadı Əliyev, Məmmədov, Həsənov, Hüseynovdur. Abbasov da çoxdur. Bunlar milli kimliyə də işarə etmir, soyadlarımız daha çox dini mənsubiyyətimizi, xüsusilə, bəlli məzhəbə mənsubluğu xüsusi vurğulayır. Bu da Azərbaycan türklərinin hələ də ümmətçilikdən qurtula bilmədiyini, ən yaxşı halda 20-ci əsrin əvvəlində ilişib qaldığını göstərir. Bununla demək istəyirəm ki, yeni doğulan körpələrə təkcə türk mənşəli ad verilməməlidir, həm də türk mənşəli soyad verilməlidir. Əlbəttə, söhbət Azərbaycanın titul xalqından - türklərdən söhbət gedir. Azərbaycanda yaşayan başqa xalqlar da öz milli kimliklərini vurğulayan adlar, soyadlar seçməkdə sərbəst olmalıdırlar. Məsələn, Qəbələnin Nic qəsəbəsundə yaşayan udilər kimi.

Ümumilikdə isə soyadların dəyişdirilməsi kütləviləşsə, hətta dövlət bunu imperativ kimi qoysa, çox yaxşı olar. Dünyanın istənilən yerində gürcü, erməni öz adı, xüsusilə soyadı ilə dərhal tanınır. Azərbaycan türkünə isə əlavə suallar verilməsinə zərurət yaranır. Çünki kimliyi ad və soyadından dərhal bəlli olmur. Ancaq Akopyan deyəndə hamı bilir ki, bu, ermənidir, Zurabişvili, yaxud Maxaradze deyəndə, hamı bilir bu adam gürcüdür, Landsbergis deyəndə, məlumdur ki, bu şəxs Livtalıdır və sair. Dünyanın bütün öndə gedən, qlobal inkişafa töhvə vermiş xalqlarının hamısının özünə xas olan adları və soyadları var. Məsələn, Çinlilər, almanlar, yaponlar, Koreyalılar, induslar, italyanlar və sair və ilaxır. Biz isə ərəb, fars adlarından və rus soyad sonluğundan yapışıb qalmışıq. Odur ki, dövlət adılarını, soyadlarını dəyişənlərə mane olmamalı, əksinə dəstək verməlidir.

Elə deyilmi?!

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri