Ad və soyad dəyişdikdə digər sənədlər yenilənməlidir? AÇIQLAMA
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soyadını özü şəxsən dəyişdirə bilər. Bəs şəxs adını dəyişdiribsə, qanunla diplom və digər rəsmi sənədlərdə də dəyişiklik edilmələdirmi?
Mövzu ilə bağlı Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlama verib.
Onun sözlərinə görə şəxsin ad və soyadını dəyişdirdikdən sonra, mütləq məhkəmə qərarını aidiyyəti dövlət qurumlarına təqdim etməlidir:

“Ümumiyyətlə, şəxsin ad və soyadının dəyişdirilməsi baş verdikdə, daha öncə hüquq yaradan bütün sənədlərin dəyişdirilməsi şəxsin öz təşəbbüsü ilə həyata keçirilir. Məsələn, ali təhsil haqqında sənədlər və ya hərbi bilet kimi sənədlərin dəyişdirilməsi üçün şəxs mütləq məhkəmə qərarını aidiyyəti dövlət qurumlarına təqdim etməlidir. Bu zaman müvafiq düzəlişlərin aparılması mümkündür. Elektron qaydada mövcud olan sənədlərdə də şəxs həmin məhkəmə qərarını təqdim etməklə elektron dəyişikliklərin aparılmasına nail ola bilər”.
Ülkər Cəlilzada / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















