Icma.az
close
up
RU
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

Bəs, bu proses necə həyata keçirilir?

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

“Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir”, – qurumdan əlavə olunub.

Qeyd edilir ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir:

“Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.

Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Bu halda soyadın, adın və (və ya) ata adının dəyişdirilməsi qeydə alınaraq müvafiq şəhadətnamə verilir. Əks halda isə adın, soyadın və ata adının dəyişdirilməsindən imtina olunması barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizəçiyə məlumat verir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bildirilib ki, “Dövlət rüsumu haqqında” Azərbycan Respublikasının Qanununun 12.3-cü maddəsi ilə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu müəyyən edilib. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericilikdə konkret müddət göstərilməyib. Ərizəçinin vətəndaşlıq vəziyyəti haqqında bütün akt qeydləri Azərbaycan Respublikasında tərtib olunubsa, bu müddət təxminən 2-3 ay təşkil edir”.

Vəkil Rəşad Əliyev isə qeyd edib ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir:

“18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.

Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir”.

O qeyd edib ki, ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir:

“Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir”.

R.Əliyev vurğulayıb ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı adını, ata adını və soyadını dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir:

“Adın, ata adının və soyadın dəyişdirilməsi üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, yəni ZAQS kimi tanınan orqana, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə edilməlidir. Bu siyahıya şəxsin doğumu haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri, Şəxsiyyəti təsdiq edən sənədin bə hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, həmçinin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.

Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır”.

Vəkil sonda deyib ki, ad, soyad və ata adının dəyişdirilməsindən imtina edildikdə, vətəndaş bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

“Hansı hallarda istənilən şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir?

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə,ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir.

Qeyd edək ki, bu məsələlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları ilə tənzimlənir”, – o, fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 İyun 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9978

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see585

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see267

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see235

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see200

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see158

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see142

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see141

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see141

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see136

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see129

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see126

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see124

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see124

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see122

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see121

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri