Icma.az
close
up
RU
ADA Universiteti regionlarda müasir və keyfiyyətli təhsilin əlçatanlığını genişləndirir

ADA Universiteti regionlarda müasir və keyfiyyətli təhsilin əlçatanlığını genişləndirir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 avqust, AZƏRTAC

Gəncə şəhərində “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb. Bu layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən region gəncləri üçün həyata keçirilir.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında rəqabət qabiliyyətini yüksəltməkdir.

Mərhələli seçim prosesi nəticəsində təlimlərə Gəncə şəhərindəki universitetlərdə təhsil alan 45 tələbə cəlb olunub. Hazırda təlim proqramı iki istiqamət üzrə aparılır - süni intellektin əsasları və süni intellektin incəsənətdə tətbiqi (AI4Art). AI4Art təlimləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə imkanlardan biri onların ingilis dili biliklərinin təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili dərsləri təşkil olunur. Həmçinin süni intellekt üzrə təlimlərə hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri proqramda yer alır. Bu, texniki bilikləri məhdud olan, lakin bu sahədə potensialı olan iştirakçılar üçün növbəti mərhələlərə keçid imkanı yaradır.

Dərslərlə yanaşı, sosial bacarıqları inkişaf etdirən seminarlar, mentorluq proqramı, istehsalat təcrübəsi və sosial məsuliyyət yönümlü fəaliyyətlər də nəzərdə tutulur. Bu komponentlər layihənin sistemli və hərtərəfli şəkildə həyata keçirilməsini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayevin ev-muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani şəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.

Yeni seçim mərhələsi sentyabr ayında elan olunacaq.

Qeyd edək ki, “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsi Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA Universitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edən Strateji Planına uyğun şəkildə regionlarda müasir təhsilə çıxış imkanlarının artırılmasına və yaradıcı, innovativ gənclərin yetişdirilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri