Icma.az
close
up
RU
ADA Universitetində 19 cu Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

ADA Universitetində 19 cu Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES) açılış mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbir ADA Universiteti Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp və KOLİN şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

İki həftəlik intensiv sertifikat proqram enerji, iqlim dəyişikliyi, ətraf mühit və dayanıqlı inkişaf sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar və dövlət rəsmilərini bir araya gətirir. İnteraktiv mühazirələr, araşdırmalar və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramının əsas mövzusu enerji bağlantısı və Orta Dəhliz (Middle Corridor) çərçivəsində regional əməkdaşlığın inkişaf etdirilməsi və yaşıl enerji keçidi məsələlərinə həsr olunub.

Açılış mərasimində energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin prorektoru, IDD direktoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, IDD Tərəfdaşlıq şöbəsinin rəhbəri Nərgiz İsmayılova və IDD baş elmi işçi və BSES proqramının meneceri Həcər Hüseynova çıxış ediblər.

Proqramın “Enerji, Ətraf Mühit və Bərpa Olunan Enerji Mənbələri” mövzusuna həsr olunmuş ilk günü Xəzər regionunun enerji tarixindən başlayaraq, iqlim dəyişikliyi fonunda Azərbaycanın dayanıqlı enerji keçidi yol xəritəsi, bərpaolunan enerji imkanları və keçid dövründə enerji diplomatiyasına həsr olunub.

İlk gün nazir müavini Elnur Soltanov, bp-nin Beynəlxalq Məsləhətçi Komandasının rəhbəri Michael Denison və Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Əbdürrəhmanov çıxış ediblər.

Proqramda bu il 14 ölkədən – o cümlədən Azərbaycan, Almaniya, Bolqarıstan, Çili, İspaniya, İtaliya, Pakistan, Tanzaniya, Türkiyə, Vyetnam, Xorvatiya, Yunanıstan, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan – 40-dan çox iştirakçı qatılıb. İştirakçılar arasında nazirliklər, beynəlxalq təşkilatlar, enerji şirkətləri və beyin mərkəzlərinin nümayəndələri yer alıb.

Məlumat üçün bildirək ki, proqram 23 iyun – 4 iyul tarixlərində baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri