Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

ADA Universitetində 20 ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

ADA Universitetində 20 ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 iyul, AZƏRTAC

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, bp, “GL Group”, "Kolin" şirkəti və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) dəstəyi ilə 20-ci Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il proqram "Enerji Təhlükəsizliyi və İnnovasiya" mövzusuna həsr olunub və iyulun 6-17-si tarixlərini əhatə edəcək. Artıq 20-ci dəfə təşkil olunan Bakı Yay Enerji Məktəbi enerji təhlükəsizliyi, enerji diplomatiyası, enerji keçidi və dayanıqlı inkişaf sahələrində beynəlxalq dialoqu təşviq edən nüfuzlu platformalardan biri kimi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, akademikləri və gənc mütəxəssisləri bir araya gətirib.

Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli, Azərbaycan Respublikasının energetika nazirinin müavini professor Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və “GL Group”un xarici əlaqələr və kommunikasiyalar üzrə qrup vitse-prezidenti, professor İlqar İbrahimli çıxış ediblər. Çıxışçılar ölkəmizin qlobal enerji sektoruna verdiyi töhfələrdən, proqramın əhəmiyyətindən, sürətlə dəyişən geosiyasi və makroiqtisadi reallıqlardan, eləcə də iqlim dəyişikliyi ilə bağlı aktual mövzulardan bəhs ediblər. Sessiyaya ADA Universitetinin prorektoru, professor Fariz İsmayılzadə moderatorluq edib.

Tədbir çərçivəsində ADA Universiteti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

İki həftə davam edəcək proqram çərçivəsində iştirakçılar enerji bazarları və iqtisadiyyatı, geosiyasət, enerji diplomatiyası, bərpaolunan enerji, enerji maliyyələşdirilməsi, enerji keçidi və regional enerji əməkdaşlığı kimi mövzular üzrə mühazirə və panel müzakirələrində iştirak edəcəklər. Proqramın tərkib hissəsi olaraq Qarabağa təşkil olunacaq sahə səfəri zamanı iştirakçılar Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada həyata keçirilən yenidənqurma və yaşıl enerji layihələri ilə yaxından tanış olacaqlar.

20-ci Bakı Yay Enerji Məktəbi enerji sahəsində beynəlxalq bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, müxtəlif ölkələrdən olan mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və gələcəyin enerji siyasətinə dair dialoqun inkişafına töhfə verməyə davam edir.

Foto - Səfiyar Məcnun

Operator - Ələkbər Baxşiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri