Icma.az
close
up
RU
ADA Universitetində 8 ci Beynəlxalq Təhsil Konfransı keçirilib YENİLƏNİB FOTOLAR

ADA Universitetində 8 ci Beynəlxalq Təhsil Konfransı keçirilib YENİLƏNİB FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 8-ci ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılışı baş tutub. SİA xəbər verir ki, “Formal təhsil hüdudlarından kənar: Sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans, təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.

Konfransın ilk günündə Azərbaycan Respublikasının Elm və təhsil naziri, ADA Universitetinin prorektoru və ADA Vaşinqton Mərkəzinin prezidenti çıxış edərək iştirakçıları salamlayıblar.

Elm və təhsil naziri Emin Əmrullayev təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Nazir tədbir iştirakçıları ilə fikir mübadiləsi apararaq təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. O, həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən bəhs edib.

Konfransın əsas məruzəçisi, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərin yaradılması” mövzusunda çıxış edərək, müasir təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərində qurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. O, milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını, müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlı sərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

İlk panel müzakirəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın Amerika Keyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə ali təhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans təhsil tədqiqatçılarının təhsildə rifah, süni intellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisi və təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimatları və müzakirələri ilə davam edib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda yeddi ölkədən 230-dan artıq iştirakçı – təhsil ekspertləri, təhsil müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri, müəllimlər və tələbələr qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri