Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Bakı Slavyan Universitetində ll Beynəlxalq Balkanşünaslıq konfransı keçirilib YENİLƏNİB

Bakı Slavyan Universitetində ll Beynəlxalq Balkanşünaslıq konfransı keçirilib YENİLƏNİB

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq Balkanşünaslıq konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfrans iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, konfrans balkanşünaslıq sahəsində beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və Azərbaycanla Balkan ölkələri arasında elmi-mədəni əlaqələri daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

“Universitet olaraq, bizim üçün yalnız dil və ədəbiyyatların öyrənilməsi deyil, eyni zamanda bu dillərin daşıyıcıları olan xalqların tarixi, mədəniyyəti və ictimai həyatını tədqiq etmək də son dərəcə önəmlidir. Balkan ölkələri ilə Azərbaycanın tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələri bu sahədə elmi tədqiqatların aparılmasını zəruri edir. Konfransın keçirilməsində əsas məqsədimiz də məhz bu istiqamətləri gücləndirməkdir. Eyni zamanda, sevindirici haldır ki, Balkan ölkələrində də azərbaycanşünaslıq sahəsində maraqlı və dəyərli araşdırmalar aparılır. Biz bu konfrans vasitəsilə həmin araşdırmaları da elmi ictimaiyyətə təqdim etmək və bu sahədə əməkdaşlıqları daha sistemli və davamlı etməyi planlaşdırırıq”.

Anar Nağıyev konfransın məhsuldar keçəcəyinə, burada iştirak edən bir sıra ölkələrin universitetlərləri, onların təmsilçiləri ilə əməkdaşlığın daha da genişləyəcəyinə ümidvar olduğunu bildirib.

Sonra Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, energetika nazirinin müavini Elnur Soltanov, Şimali Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universitetinin rektoru Bilyana Angelova,Türkiyənin Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, Albaniyanın Nyu-York Tirana Universitetinin rektoru Ali Güneş, Bolqarıstanın Müqəddəs Kliment Oxeidski adına Sofiya Universitetinin tədris məsələləri üzrə prorekroru Madlen Danova və başqaları çıxış edərək tədbirin elmi müzakirələrin aparılmasına gözəl fürsətlər yaratmaqla yanaşı, eyni zamanda, Azərbaycan ilə Balkan ölkələri, Türk dünyası ilə Balkanlar arasında elm, təhsil, tədqiqatlar mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirəcəyini qeyd ediblər. Çıxışlarda konfransın tarixi köklərimizi, ortaq mədəniyyətimizi, müasir əməkdaşlıq imkanlarımızı nəzərdən keçirmək və yeni körpülər qurmaq üçün böyük bir platforma olduğu qeyd olunub.

Konfransa onlayn qatılan ölkəmizin Albaniyadakı səfiri Anar Hüseynov Azərbaycanla-Albaniya arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqdan söz açaraq konfransın hər iki ölkənin alim və tədqiqatçıları üçün gələcək elmi fəaliyyətlərində mühüm rol oynacağını söyləyib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 4 bölmə üzrə öz işini davam etdirən konfransda geniş Balkan regionunun tarixi, mədəniyyəti etnoqrafiyası, region geosiyasi məkanı, Azərbaycan və Türk dünyası ilə əlaqələrinə dair 100-dən artıq məruzə dinləniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri