Icma.az
close
up
RU
ADA Universitetinin “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı başa çatıb FOTO

ADA Universitetinin “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı başa çatıb FOTO

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ADA Universitetinin İxtisasartırma Proqramının ənənəvi olaraq hər il təşkil etdiyi “Xəzər Hövzəsi Araşdırmaları” proqramı fevralın 27-si başa çatıb. Bu münasibətlə keçirilən məzun günündə 19 ölkəni təmsil edən və Azərbaycanda yeni fəaliyyətə başlayan diplomatlara sertifikatları təqdim edilib.

Proqramın fevralın 17-də baş tutan Açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə Prorektoru Dr. Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva Universitetin yeni ixtisaslarından, nailiyyətlərindən, ümumilikdə Azərbaycan Diplomatik Akademiyasından ADA Universitetinə qədər olan inkişaf yolundan bəhs ediblər.

Onlar “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yeni mərhələsini təqdim edərkən bildiriblər ki, məqsəd Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini regional yeniliklər barədə məlumatlandırmaq, onların bölgə ilə bağlı biliklərini dərinləşdirmək və ölkəmizi tanıtmaqdır. Əlavə edilib ki, ildə bir neçə dəfə keçirilən proqramında indiyədək 108 ölkədən 500-dək diplomat iştirak edib.

Qeyd edək ki, proqramın son günü Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi, səfir Elçin Əmirbəyovun “Azad Olunmuş Qarabağın Bərpası və Regionda Sülh Quruculuğu Prosesi” mövzusundakı dəyirmi masa müzakirəsi ilə yekunlaşıb. Çıxışçı regional sabitlik və təhlükəsizliyə, habelə davamlı sülhə nail olmaq üçün aparılan danışıqlar prosesindən və atılan addımlardan bəhs edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Proqramla bağlı təəssüratlarını bölüşən diplomatlar bildiriblər ki, ADA Universitetinin professor heyəti, Xarici İşlər Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli nümayəndələri, eləcə də yerli beyin mərkəzinin, Dövlət Neft Fondu və BP kimi qurumların rəhbər heyətinin üzvləri tərəfindən keçirilən sessiyalar onlara Azərbaycanı daha yaxından tanımağa fürsət verib.

Qeyd edək ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramı ərzində iştirakçılar fərqli mövzulardakı interaktiv müzakirələrdə iştirak ediblər, ölkəmizlə bağlı strateji məsələlər üzrə çıxışları dinləyiblər, fikir mübadiləsi aparıblar.

Xəzər Hövzəsi ölkələrindən, xüsusilə Qazaxıstan və Türkmənistandan olan diplomatlar bu regionu təmsil edən diplomat qismində öz fikirlərini paylaşıblar.

Həmçinin, ABŞ, Meksika, Kolumbiya, Almaniya, Niderland, Macarıstan, Koreya, Türkiyə, İordaniya və İsrail kimi fərqli regionlardan olan ölkələri təmsil edən diplomatlar da proqram ərzində öz yanaşmalarını, təcrübələrini bölüşüblər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://dogru.az
archiveBu xəbər 05 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri