Icma.az
close
up
RU
Xəzər hövzəsi uğrunda savaş qızışır (ŞƏRH)

Xəzər hövzəsi uğrunda savaş qızışır (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Kreml gələcəkdə Xəzəryanı ölkələrin Qərbin Rusiyaya qarşı planlarında yer almasına əngəl olmaq üçün sözügedən akvatoriumda fəaliyyətini gücləndirmək qərarına gəlib".

Bunu Qaynarinfo-ya  açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya XİN rəhbəri Sergey Lavrovun Xəzəryanı dövlətlərin diplomatik missiya rəhbərlərilə görüşü fonunda Moskvanın bölgəyə son zamanlar artan xüsusi diqqətinin səbəblərindən danışarkən deyib. 

Ekspert bildirib ki, oktyabrın 13-də Lavrovun 4 Xəzəryanı dövlətlərin diplomatik missiya rəhbərlərilə görüşü barədə Rusiya tərəfi rəsmi məlumat verib. Amma bütün hallarda Rusiyanın görüşlə bağlı özəl gündəliyinin olmamaması da mümkün deyil:

"Qərb tərəfindən Rusiyaya qarşı artan təzyiqlərin yumşaldılması səbəb ola bilər. Rusiya getdikcə daha sıx problemlərlə üzləşir. Mürəkkəb situasiyadan çıxmaq, onu az da olsa yüngülləşdirmək üçün Kreml əvvəllər müraciət etmədiyi, arxa planda saxladığı tədbirləri yada salır. Kremli  qorxudan amillərdən biri Xəzər dənizi vasitəsilə də Rusiyaya təzyiq etmək ehtimalıdır. Buna görə də gələcəkdə Xəzəryanı ölkələrin Qərbin Rusiyaya qarşı planlarında yer almaması üçün bu istiqamətdə fəaliyyəti gücləndirir".


Həmsöhbətimiz qeyd edib ki, Rusiya rəsmiləri Avrasiya təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılması kontekstində Xəzər regionunun da artan əhəmiyyətini dərk etməyə başlayıb: 

"Moskvadakı görüş Rusiyanın son diplomatik fəaliyyətləri ilə də üst-üstə düşür. Həmin gün İran və Rusiya nümayəndələri də Xəzər məsələləri və gələn il keçirilməsi nəzərdə tutulan sammiti əlaqələndirmək üçün görüşüblər. Bundan əlavə, Bakıda Azərbaycan, İran və Rusiya arasında ayrıca  yüksək səviyyəli üçtərəfli görüş keçirilib və burada ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinə xüsusi diqqət yetirilib".

Qeyd edək ki, oktyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüş keçirib. İclasda Azərbaycanı səfir Rəhman Mustafayev təmsil edib. 

Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və "beşlik" çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan bir həftə əvvəl isə  Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb. Eyni  zamanda Kreml xəzəryanı dövlələrin hərbi-dəniz donanmalarının təlimlərinin keçirilməsi təşəbbüsü ilə də çıxış edib. 

Bütün bunlar isə Kremlin Xəzər akvatoriyasına son zamanlar diqqətinin artdığına işarə sayıla bilər. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri