Icma.az
close
up
RU
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın məhkəməsində ittiham aktı elan edilib

Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın məhkəməsində ittiham aktı elan edilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin yanında oturması ilə bağlı keçən iclasda verilən vəsatət təmin edilib.

Daha sonra prokuror Cövdəd Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda Məmmədov küçəsində səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəmnində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi qara rəngli cib bıçağı ilə K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

Emin İbrahimov özünü təqsirli bilməyərək, söylənənlərin uydurma olduğunu bildirib.

Daha sonra o, sərbəst ifadə verərək özünü müdafiə etməyəcəyini, sadəcə, ittihama münasibət bildirəcəyini söyləyib.

Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqir və dava səbəbindən baş verib: "Mən həmişəki qayda ilə Sədərək Ticarət Mərkəzindən Laçın Ticarət Mərkəzinə mallarla bağlı siyahını almağa gedirdim. Həmin vaxt yolda sıxlıq olduğu üçün maşınımı küçənin yuxarısında saxlayıb qalan yolumu piyada davam etdim. Səki ilə hərəkətdə olarkən Emin İbrahimovla toqquşdum. Onun sol çiyni mənim sağ çiynimə dəydi. Dönüb üzr istəmək istəyərkən öncədən nəyə əsəbiləşdiyini bilmədiyim Emin mənim yaxamdan tutaraq və təhqir edərək "yoluna baxda" dedi və məni hasara tərəf çəkərək vurdu. Mən də uşaqlıq edib onu vuraraq qarşılıq verdim və yaxasından tutarkən köynəyi cırıldı. Daha sonra qarnımda istilik hiss etdim. Anladım ki, bıçaqlanmışam. Daha sonra polisə və təcili tibbi yardıma zəng etdim. Ətrafda da polis əməkdaşları və başqa insanlar vardı. Əməliyyat olunduqdan sonra ifadəm palatada alındı. O, məni daha sonra axtarmayıb, üzr istəməyib. Mən onun qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub.

Şahidlərin dindirilməsi məqsədilə proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Fevral 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri