Icma.az
close
up
RU
Keçmiş sədrin məhkəməsində ittiham aktı elan olunub

Keçmiş sədrin məhkəməsində ittiham aktı elan olunub

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prokuror Tariyel İsmayov bildirib ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov 01 iyun 2018-ci ildən 31 dekabr 2023-cü ildək olan müddət ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov və Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə qabaqcadan qrup halında birləşərək dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurublar.

Eyni zamanda, Bəhruz Əsgərov vəzifə saxtakarlığında da ittiham olunur. İttihama görə, o, bu illər ərzində 5 milyon manatdan çox vəsaiti mənimsəmə və israf yolu ilə talayıb, vəzifə səhlənkarlığı törədib.

İttiham olunan Bəhruz Əsgərov bu ittihamlar üzrə özünü təqsirli hesab etməyib.

Məhkəmənin növbəti prosesi aprelin 10-u keçiriləcək.

Qeyd edək ki, Bəhruz Əsgərovla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.

27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Mart 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri