Icma.az
close
up
RU
Adam öldürməkdə şübhəli bilinən çörəkçinin DƏHŞƏTLİ ETİRAFI: Bıçaqla qulağımı kəsdi

Adam öldürməkdə şübhəli bilinən çörəkçinin DƏHŞƏTLİ ETİRAFI: Bıçaqla qulağımı kəsdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Oxu.Az Lent.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən "Aleks" MMC şirkətində çörəkçi işləyib:

"Mart ayının 12-si idi. İş yoldaşım Pünhan soyunub-geyinmə otağında qapının ağzında durmuşdu. Ondan mənə yol verməsini xahiş etdim. O isə aqressiv cavab verdi. Növbəti gün o, mənə çiyin atdı, üstümə gəldi və sağ qaşımın üstünü partlatdı. Hətta iş yoldaşımız olan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isə barışdığımızı bildirdim. Sonra Pünhan məndən mobil nömrəmi istədi. Növbəti gün məni Qara Qarayev metrosunun yanına çağırdı. Mən ancaq xoş niyyətlə görüşüb çay içə biləcəyimi dedim. O, yaşadığım Alatava qəsəbəsinə gəldi. Çayxanaya gedəcəyimizi dedi və avtomobilə oturmağımı istədi. Maşına oturandan sonra sürücü ilə məni tanış etdi, dedi ki, dostu Elmardır. Onlar bir neçə nəfər idilər. Gördüm ki, Pünhanın üstündə bıçaq var. Maşını saxlatmaq istəsəm də, sürücü maşını saxlamadı. Mən tıxacda fürsətdən istifadə edib maşından düşdüm. Lakin o məni qırağa çəkib üzərində olan bıçaqla mədəmin üstünə vurmaq istədi. Zərbədən yayındım, lakin Pünhan məndən əl çəkməyərək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədə vəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Pünhan tərəfdən 5 nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan, işdə istifadə etdiyim bıçağı çıxardım. Bilmədim nə edim, affekt vəziyyətinə düşdüm. İki gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi baş verib".

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin martında paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahlar Ağayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see131

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see110

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri