Icma.az
close
up
RU
Bıçaqla qulağımı kəsdi Adam öldürən çörəkçinin DƏHŞƏTLİ ETİRAFI

Bıçaqla qulağımı kəsdi Adam öldürən çörəkçinin DƏHŞƏTLİ ETİRAFI

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən "Aleks" MMC şirkətində çörəkçi işləyib:

"Mart ayının 12-i idi. İş yoldaşım Pünhan soyunub-geyinmə otağında qapının ağzında durmuşdu. Ondan mənə yol verməsini xahiş etdim. O isə aqressiv cavab verdi. Növbəti gün o, mənə çiyin atdı, üstümə gəldi və sağ qaşımın üstünü partlatdı. Hətta iş yoldaşımız olan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isə barışdığımızı bildirdim. Sonra Pünhan məndən mobil nömrəmi istədi. Növbəti gün məni Qara Qarayev metrosunun yanına çağırdı. Mən ancaq xoş niyyətlə görüşüb çay içə biləcəyimi dedim. O, yaşadığım Alatava qəsəbəsinə gəldi. Çayxanaya gedəcəyimizi dedi və avtomobilə oturmağımı istədi. Maşına oturandan sonra sürücü ilə məni tanış etdi, dediki, dostum Elmardır. Onlar bir neçə nəfər idilər. Gördüm ki, Pünhanın üstündə bıçaq var. Maşını saxlatmaq istəsəm də, sürücü maşını saxlamadı. Mən tıxacda fürsətdən istifadə edib maşından düşdüm. Lakin o məni qırağa çəkib üzərində olan bıçaqla mədəmin üstünə vurmaq istədi. Zərbədən yayındım, lakin Pünhan məndən əl çəkməyərək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədə vəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Pünhan tərəfdən 5 nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan, işdə istifadə etdiyim bıçağı çıxardım. Bilmədim nə edim, affekt vəziyyətinə düşdüm. İki gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi baş verib".

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin martında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 

Belə ki, 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahlar Ağayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri