Adana Dəmirspor Şahruddin Məhəmmədəliyevə borcunu hələ də ödəməyib
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə borclu olduğu 1 milyon manatdan çox məbləği hələ də köçürməyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a 31 yaşlı qolkiper özü məlumat verib.
O, məsələ ilə bağlı qarşı tərəfdən hələ də xəbər gəlmədiyini bildirib.
Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçib və Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb. Daha sonra tərəflər arasında maliyyə öhdəlikləri ilə bağlı problem yaranıb. Qolkiper bu səbəbdən FIFA-ya müraciət edib. Ali futbol qurumu onun Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.
Xatırladaq ki, Adana klubu Şahruddin Məhəmmədəliyevə ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Milli üzvü müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 05 Fevral 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















