Icma.az
close
up
RU
ADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak ediblər

ADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak ediblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 18 noyabr, Elcan Məmmədov. AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri, dosent Aydın İsayev və baş müəllimi Qurban Qurbanov Özbəkistanın Daşkənd Dövlət Aqrar Universitetində (DDAU) keçirilən və universitetin 95 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış aqrar universitetlərin, elmi-tədqiqat institutlarının və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Konfransın əsas mövzusu “Qlobal iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının davamlı inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi” olub.

Plenar iclasda Azərbaycan, Qazaxıstan, Türkiyə, Belarus, Rusiya və digər ölkələrin alimləri elmi məruzələrlə çıxış ediblər. ADAU-nun müəllimləri Aydın İsayev və Qurban Qurbanov isə “Torpaq eroziyasına qarşı müasir texnologiyalar: yeni nəsil kənd təsərrüfatı texnikası” mövzusunda təqdimatla çıxış edərək resursqoruyucu texnologiyalar, torpaq münbitliyinin qorunması və ağıllı torpaq emalı sistemləri üzrə tədqiqat nəticələrini iştirakçıların diqqətinə çatdırıblar.

Həmçinin bölmə iclaslarında iqlim dəyişikliyinə adaptasiya, aqrar sahədə rəqəmsal transformasiya, su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf üçün mütəxəssis hazırlığı kimi mövzular üzrə müzakirələrdə fəal iştirak ediblər.

Konfrans çərçivəsində ADAU ilə Daşkənd Dövlət Aqrar Universiteti, həmçinin regionun digər elmi mərkəzləri arasında gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı ümumi razılıq əldə edilib. Tərəflər birgə tədqiqatların aparılması, akademik mübadilələrin inkişaf etdirilməsi və aqrar sahədə yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri