Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

9-12 sentyabr tarixlərində Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə Türkiyənin Kahramanmaraş şəhərində Prof.Dr.Rana Özbal, Doç.Dr.Xəlil Təkin və Dr.Fokke Gerritsen rəhbərliyi ilə “Yuxarı Mesopotamiya və ötəsində tarixdən əvvəlki dulusçuluq (e.ə.7000-4000)” (International Workshop: Prehistoric Pottery in Upper Mesopotamia and Beyond (7000-4000 BCE) adlı beynəlxalq konfrans təşkil edilib. 

525.az xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasından AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elmar Baxşəliyev iştirak ediblər.

Dünyanın 10 ölkəsindən, o cümlədən Azərbaycandan 36 alimin iştirak etdiyi konfransda e.ə. VII–IV minilliklərdə Yuxarı Mesopotamiya və onun ətrafında baş verən sosial-iqtisadi dəyişikliklər, eləcə də Hassuna, Samarra, Xalaf və Ubeyd kimi tanınan dövrlərdə keramika nümunələrindəki oxşarlıqlar, dəyişikliklər və regional fərqliliklər müzakirə edilib.

Konfransda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elmar Baxşəliyev və Dr.Gökçen Acarın “Economic-Cultural Relationship of Nakhchivan with the Middle East in the Neolithic and Chalcolithic Periods” adlı məruzəsi dinlənilib.

Konfransdan sonra arxeoloqlar “Verimli Aypara”dakı Domuztəpə ve Tell Kurdi yaşayış yerlərinə baxış keçiriblər.

 Qeyd edək ki, elm adamlarının fərqli coğrafiyalardan əldə edilən məlumatları eyni platformada təqdim etməsi tarixdən əvvəlki dulusçuluğun istehsal texnikalarından tutmuş mədəni yayılmasına qədər bir çox mövzunun elmi cəhətdən müzakirə olunmasına şərait yaradıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri