ADAU nun tələbə evində yaşayan tələbələrə təhlükəsizlik qaydaları izah olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə, 25 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni tədris ilinin başlanması münasibətilə Tələbə evlərinə yeni gələn tələbələr üçün maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrin yanğın təhlükəsizliyi, elektrik cihazlarından düzgün istifadə qaydaları, həmçinin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsi olub.
Çıxış edənlər bildiriblər ki, yanğın və digər fövqəladə hallar zamanı tələbələrin təmkinli davranması, təxliyə yollarını bilməsi və elektrik cihazlarından ehtiyatla istifadə etməsi həyat və sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















