Tramp Putinin iqamətgahına hucuma ilk dəfə münasibət bildirib
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın onun iqamətgahlarından birinə hücumu barədə telefon danışığı zamanı məlumat verib.
AzPost bildirir ki, o bu barədə İsrailin baş naziri Netanyahu ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. Tramp bu addımı “səhv” adlandırıb. Kiyev dərhal bu iddianı təkzib edib.
“İndi uyğun vaxt deyil. Aqressivliyə qarşı qəzəbli olmaq başqa, onun evinə hücum etmək tamamilə başqa bir şeydir”, – deyə Tramp əlavə edib: “Və mən bunu bu gün Prezident Putindən öyrəndim. Bu, məni çox qəzəbləndirdi”.
ABŞ prezidenti ittihamın “ola bilsin ki, yalan” olduğunu və belə bir hücumun baş vermədiyini qeyd edib: Sonra əlavə edib: “Amma Prezident Putin bu səhər mənə dedi ki, olub”.
Bu şərhlər Rusiya xarici işlər nazirinin ittiham irəli sürməsindən bəri Trampın bu məsələ ilə bağlı ilk açıqlamaları olub.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Dekabr 2025 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















