Icma.az
close
up
RU
ADAU TV nin müasir internet televiziyasının studiosu istifadəyə verilib

ADAU TV nin müasir internet televiziyasının studiosu istifadəyə verilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 21 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir texnologiyalarla yenidən təchiz edilən internet televiziyası olan ADAU TV-nin studiosunun açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU TV-nin yenilənməsinin universitetin tədris, informasiya və maarifləndirmə fəaliyyətinin müasir texnologiyalar üzərində qurulmasına xidmət etdiyini bildirib.

Rektor qonaqlara 2019-cu ildən fəaliyyət göstərən ADAU TV-nin gənclərin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların təqdim edilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Televiziyanın, həmçinin tələbələr üçün onlayn dərslərin təşkili ilə tədris prosesinə dəstək verdiyini və distant tədrisin inkişafına töhfə olduğunu bildirib.

O qeyd edib ki, 2025-ci ildən etibarən televiziya TİKA-nın dəstəyi ilə tam şəkildə yenidən qurulub və ən müasir texniki avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Daha sonra ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara internet televiziyasının studiyası və rejissor otağının texniki imkanları barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni texniki baza çərçivəsində çəkiliş pavilyonu səsboğucu izolyasiya divar örtüyü, peşəkar işıqlandırma sistemi və yüksək keyfiyyətli səs avadanlıqları ilə təchiz olunub. Çəkilişlər 4K formatında videokameralar vasitəsilə aparılır, montaj və səs yazma prosesi isə tam avadanlıqlı post-prodaksiya otaqlarında həyata keçirilir.

Bundan əlavə, rəqəmsal fon və vizual effektlərdən istifadə imkanı yaradan xromofon (green screen) studiyası qurulub. Canlı yayımların idarə olunması üçün xüsusi proqramı ilə işləyən müasir yayım sistemi tətbiq edilir ki, bu da çoxkameralı çəkiliş, paralel yayım və efir idarəetməsini yüksək səviyyədə təmin edir.

Sonda qonaqlar yenidən qurulan televiziya studiyasına baxış keçiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri