ADAUnun tələbələri İzmirdə Heydər Əliyev Parkını ziyarət ediblər AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 12 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti ilə (ADAU) Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində təhsil alan ADAU-nun IV kurs tələbələri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar İzmir şəhərində Heydər Əliyev Parkını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələr parkdakı Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Çıxış edən Ege Universitetinin Kənd təsərrüfati fakültəsinin dekan müavini Gülsüm Öztürk, Tarla bitkiləri kafedrasının müdiri Behçet Kır və İkili Diplom Proqramının tələbələri Əli Məmmədov və Süleyman Süleymanov Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycan-Türkiyə münasibətlərindəki müstəsna rolundan danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















