Icma.az
close
up
RU
Heydər Əliyev İzmirdə anıldı FOTOLAR

Heydər Əliyev İzmirdə anıldı FOTOLAR

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 21-ci ildönümü ilə bağlı İzmirdə anım tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyində baş tutan tədbirdə İzmir İl Milli Təhsil Müdiri Dr. Ömər Yahşi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Əliağa İlçe Baş məmuru Zəkəriyyə Güney, Bələdiyyə sədri Serkan Acar, siyasi partiya nümayəndələri və SOCAR-ın Türkiyə təmsilçiləri iştirak edib.

Proqram bir dəqiqəlik sükutdan sonra İstiqlal Marşının və Azərbaycanın Dövlər Hhimninin səsləndirilməsi ilə davam etdirilib.

Anım mərasimində qeyd edilib ki, tədbir iştirakçıları tarixi yaddaşımız, dilimiz və dünyagörüşümüzlə bir qəlbin iki yarısını paylaşdığımız qardaş ölkə Azərbaycanın ulu öndəri mərhum Heydər Əliyevin xatirəsinə bir araya gəlib:

“Biz - Türkiyə və Azərbaycan olaraq coğrafiyada əbədi və dərin izlər qoyan Heydər Əliyevin ruhlandırıcı mənəvi irsini yeni nəsillərə ötürmək istəyirik. Biz çinarın budaqlarıyıq...”

Vurğulanıb ki, Heydər Əliyevin həyat yolu tək Azərbaycan xalqı ilə məhdudlaşmayıb:

“Ulu öndər Türk dünyasını qüdrətli görmək istəyirdi. Biz qardaşlığı, birliyi, həmrəyliyi ölkələrimiz arasında qurulan dil, tarix və inanc körpüsü ilə daşıyacağıq. İki ölkə arasında qurulan qədim körpülər yeni nəsillərlə gündən-günə möhkəmlənəcək”.

Mərasim içtirakçıları Ulu öndərin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsindəki xidmətlərinin heç vaxt unudulmayacağını vurğulayıblar.

Gecə İzmirdə yaşayan azərbaycanlı aktrisa Roza İbadova Kocamazın möhtəşəm ifası ilə başa çatıb.

Nərgiz Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see301

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see275

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see266

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see263

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see214

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see201

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see187

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see187

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see184

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see183

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see181

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see181

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see179

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see177

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see175

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see172

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see171

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see170

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri