Icma.az
close
up
RU
ADB Biləcəri Yalama dəmir yolunun inkişafı üçün kredit ayırmağı planlaşdırır

ADB Biləcəri Yalama dəmir yolunun inkişafı üçün kredit ayırmağı planlaşdırır

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Asiya İnkişaf Bankı (ADB) Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya layihəsi üçün 325 milyon ABŞ dolları ayırmağı nəzərdən keçirir.
Avtosfer.az ADB-ə istinadən xəbər verir ki, layihə detallarının öyrənilməsi 2026-cı il yanvarın 26-30-na, ADB-nin Direktorlar Şurasında bu kreditin təsdiqi isə 2027-ci il iyunun 17-nə planlaşdırılıb.
Bu xətt Şimal–Cənub dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.
Təklif edilən layihə xəttin müasir elektrikləşdirmə infrastrukturu (dirəklər, kontakt şəbəkəsi, yarımstansiyalar, kabellər), siqnalizasiya sistemləri (yol boyu siqnallar, stansiyalarda avadanlıqlar, kabellər) və telekommunikasiya sistemləri (dəmir yolu şəbəkə rabitə sistemləri, bortdakı elektron cihazlar, fiber-optik və simsiz rabitə sistemləri) ilə tam təchiz edilməsini və iki dəmir yolu dəhlizi boyunca dəyişən cərəyan enerji təchizatı və siqnalizasiyanın tamamlanmasını hədəfləyir.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi cəhətdən davamlı dəmir yolu nəqliyyatı inkişaf edəcək. Bununla yanaşı, Şimal-Cənub dəmir yolu dəhlizi boyunca enerji səmərəliliyi təmin olunaraq təhlükəsiz dəmir yolu əməliyyatları həyata keçiriləcək.
Layihə ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.
Yeni tərəfdaşlıq strategiyasının bir hissəsi olaraq, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri