Icma.az
close
up
RU
AİB Azərbaycanda Biləcəri Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir

AİB Azərbaycanda Biləcəri Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Asiya İnkişaf Bankı (AİB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Biləcəri–Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın multimodal nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.

Bununla yanaşı, layihə ölkənin əhəmiyyətli dövlət müəssisələrindən biri olan “Azərbaycan Dəmir Yolları”nda (ADY) layihələrin idarə edilməsi üzrə potensialın artırılmasına imkan yaradacaq.

“Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin dəmir yolu üzrə nəqliyyat şəbəkəsinin daha rəqabətqabiliyyətli, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən dayanıqlı olmasına kömək edəcək. Layihə dəmir yolu əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsinə, nəqliyyat xərclərinin azalmasına və regional bağlantıların güclənməsinə şərait yaradacaq”, — deyə AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal bildirib.

İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçməsinə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.

AİB bundan əvvəl Dəmir Yolu Sektorunun İnkişafı proqramı (DYSİP) vasitəsilə ADY-ə dəstək göstərib. Bank bu proqram çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin 166 kilometrlik hissəsinin modernləşdirilməsi və bərpası üçün maliyyə ayırıb. DYSİP həmçinin sektor üzrə islahatların həyata keçirilməsinə, korporativ idarəetmənin və maliyyə idarəçiliyinin gücləndirilməsinə, eləcə də əməliyyatlar üzrə fəaliyyətlərdə səmərəliliyin artırılmasına kömək edib.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri