Icma.az
close
up
RU
“Adel sindromu” sevgi xəstəliyidirmi? Psixoloq açıqladı

“Adel sindromu” sevgi xəstəliyidirmi? Psixoloq açıqladı

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O, qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biri olub. 1861-ci ildə Adel Pinson adında bir zabitlə tanış olur və zaman keçdikcə başa düşür ki, Pinson onun həyatının sevgisidir. Lakin Pinson onunla ciddi münasibət düşünmür və getdikcə Adelin hədsiz sevgisi onu bezdirir, buna görə də Adeldən ayrılır. Lakin Adel bunu qəbul edə bilmir, Pinsonun izinə düşür. Evinə yaxın yerdə kirayə tutur, hətta Pinsonun borclarını belə ödəyir. Pinson isə evlənir, ailə-uşaq sahibi olur, lakin Adel hələ də zabitin onu sevdiyinə inanır, ondan əl çəkmir. Sonunda, Adel tamamilə müflisləşəndən sonra onu bir nəfər Fransaya aparır. Atası onu ruhi xəstəxanaya yerləşdirir. Adel ömrünün sonuna kimi həmin xəstəxanada qalır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, Adel sindromu tibbdə çox geniş tanınmasa da, lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir. “Adel sindrom”lu insanlar psixoloji durumlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu sindromu yaşayan insanlar gecələri narahat yatır, sevdikləri insanı yuxuda bir neçə dəfə görürlər. Həyatla əlaqələrini kəsirlər, telefonlara cavab vermirlər, məktubları cavabsız qoyurlar, hətta zamanla əmək qabiliyyətlərini belə itirirlər. Belə insanların dilinin hər kəlməsində sevdiyi insanın adı olur, hər yerdə hamıya onun haqqında danışır. Sevdiyi insana aid hər şeyi – məktubları, e-mailləri, mesajları, biletləri və s. yığıb saxlamağa başlayır. Onlar sevgidə aktiv partnyor sayılırlar.

“Adel sindromu” zaman keçdikcə bəzən sindrom olmaqdan çıxır, insanı xəstəliyə düçar edir. Xəstə sevgiyə o qədər inanır ki, zaman keçdikcə özünə baxmağı da unudur. Bu sindroma, ümumiyyətlə demək olar ki, çox vaxt gözəl, baxımlı və cəlbedici xanımlar tutulur. Adel sindromlu insanlara bu sindromdan yaxa qurtara bilənə qədər həmişə dəstək olunmalıdır. Lakin bunu edərkən iş təkcə yardım edənə deyil, sindrom qurbanının da üzərinə düşür. Belə ki, xəstə deyilənlərə əməl etməlidir. Bu sindrom qurbanlarına izah etmək lazımdır ki, sevdikləri insan haqqında düşünməyə az zaman ayırsınlar. Özlərinə bir məşğuliyyət tapsınlar. Məsələn, yoqa ilə məşğul ola, velosiped sürə, dostları ilə görüş təşkil edib zamanlarını dəyərləndirə, hətta alınmasa müxtəlif dil kurslarına belə gedə, yeni tanışlıqlar edə bilərlər. Əgər gecələr uzanarkən tavana baxanda sevdiyi insan ağlına gəlirsə, onu xatırlayırsa, uzanmaq şəklini dəyişməlidirlər. Əgər pəncərə önündə durarkən sevdiyi insanı düşünürsə, bu zaman pəncərəyə yaxın getməməsi daha məqsədəuyğundur. Sevdiyi insanla əlaqəsi olan insanlardan uzaq durmalı, onlarla ünsiyyətdən qaçmalı, sevgi musiqilərini dinləməməli, vaxtilə onunla getdiyi məkanlara getməyib, daha fərqli, gözəl məkanlar tapmalıdırlar. Özlərinə zaman ayırıb yeni fərqliliklər etməli, əgər qadındırsa saçlarını kəsə, yaxud rəngləyə bilərlər, idman zallarına yazılıb vaxtlarını dəyərləndirə bilərlər. Xarici ölkələrə səyahət edə bilərlər. Hətta özlərinə kitabça tutaraq sevdiyi insanın pis və xoşagəlməz əməllərini, xasiyyətlərini həmin kitabçaya yaza bilərlər.

“Belə dəyişikliklər “Adel sindrom”lu insanlara müsbət təsir edəcək və hətta onları bu sindromdan çıxara biləcək. Amma hər “Adel sindrom”u qurbanında bu dəyişikliklər alınmır və bu zaman müsbət nəticəni də gözləmək mümkünsüz olur. Ona görə də belə hallarda sindrom qurbanları mütləq psixoloqa müraciət edərək mütəxəssis köməyi almalıdırlar. Ancaq bəzən sindrom daşıyıcıları buna belə gecikirlər və artıq iş-işdən keçmiş olur. Qeyd etmək lazımdır ki, sadaladığımız dəyişikləri bir Adel sindromlu edirsə, deməli, hələ özünü idarə edə bilir və hər şeyi bərpa etmək üçün mübarizə aparır. Lakin etmirsə, bu zaman bu sindrom daha da şiddətlənir, artıq onlar nə dəyişiklik, nə də psixoloji dəstək belə istəmirlər, həyatla əlaqələrini kəsirlər, ancaq xəyal dünyalarında ruhi vəziyyətləri gərgin halda yaşamağa davam edirlər. Ona görə də bu sindromun ağır daşıyıcıları özlərini ruhi dispanserdə tapırlar. Odur ki, bu xəstəliyin ilk simptomları ortaya çıxan kimi psixoloqa müraciət etmək lazımdır, əks halda isə acı nəticələrlə üz-üzə qala bilərlər”, - deyə psixoloq Yeganə Əsgərova qeyd edib.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri