ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məlum olduğu kimi, paytaxtda Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (ADEX 2026) sərgisi keçiriləcək.
Axar.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Müdafiə Sənayesi İdarəsinin məlumatına görə, 30 sentyabr-2 oktyabr tarixləri arasında baş tutacaq sərgidə qardaş ölkə - Türkiyə 61 müdafiə sənayesi şirkəti ilə təmsil olunacaq.
Türkiyə ADEX tarixində ən böyük milli pavilyona sahib olacaq və eyni zamanda sərgidə ən çox iştirak edən ölkə olacaq.
ASELSAN, TUSAŞ, Baykar və HAVELSAN da daxil olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı təşkilatları öz məhsullarını və imkanlarını nümayiş etdirirlər.
Bundan əlavə, ADEX 2026 çərçivəsində Türk Dövlətləri Təşkilatının Müdafiə Sənayesi qurumları rəhbərlərinin ikinci görüşü də Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 24 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















