Haluk Görgün: Türkiyə Bakıda 61 şirkətlə təmsil olunacaq
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Türkiyə müdafiə sənayesi Bakıda keçiriləcək ADEX 2026 sərgisində 61 şirkətlə təmsil olunacaq.
Newscenter.az xəbər verir ki, Türkiyə ADEX tarixində ən geniş milli pavilyonla sərgidə iştirak edəcək. Pavilyonda “Aselsan”, “TUSAŞ”, “Baykar”, “Havelsan” və digər aparıcı şirkətlər məhsul və texnologiyalarını nümayiş etdirəcək.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib ki, bu iştirak ölkənin müdafiə və aviasiya sənayesinin inkişafının göstəricisidir.
ADEX 2026 çərçivəsində Türk Dövlətləri Təşkilatının müdafiə sənayesi qurumları rəhbərlərinin ikinci toplantısı da keçiriləcək. Toplantıda Türk dövlətləri arasında müdafiə sənayesi sahəsində birgə istehsal və əməkdaşlıq imkanları müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi əməkdaşlığı istehsal, texnologiya transferi və mühəndislik sahələrində genişlənir. Azərbaycanda Türkiyə şirkətlərinin iştirakı ilə altı birgə müəssisə fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq
24 Sentyabr 2026 18:15
Türkiyə ADEX 2026 da 61 şirkətlə iştirak edəcək
24 Sentyabr 2026 17:29
Haluk Görgün: Yeni ortaq layihələrlə Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağları daha da möhkəmlənəcək
07 May 2026 14:37
Haluk Görgün: Türk mühəndisliyinin imzası artıq qlobal təhlükəsizliyin formalaşmasına istiqamət verir
11 İyun 2025 22:42
Türkiyə avrokuboklarda necə təmsil olunacaq?
24 Mart 2026 19:29
Baxış sayı:136
Bu xəbər 25 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















