Icma.az
close
up
RU
ADF2025 də Türk Dövlətləri Təşkilatının özünəməxsus əməkdaşlıq modeli müzakirə olunub

ADF2025 də Türk Dövlətləri Təşkilatının özünəməxsus əməkdaşlıq modeli müzakirə olunub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 12-də IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində “Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev, Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Asein İsayev iştirak ediblər.

Kapadokya Universitetinin rektoru Hasan Ali Karasarın moderatorluğu ilə keçirilən paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasındakı əməkdaşlığın ticarət, enerji, maliyyə, turizm, təhsil, mədəniyyət kimi mühüm sahələri əhatə etdiyi vurğulanıb.

Çıxışçılar bildiriblər ki, ortaq kimlik və regional mənsubiyyət əsasında qurulan və əməkdaşlıq sahələri hər gün daha da dərinləşən TDT güclü siyasi iradə əsasında formalaşaraq beynəlxalq quruma çevrilib.

Paneldə təşkilatın özünəməxsus əməkdaşlıq modeli, bunun yaratdığı potensial və baxışa diqqət çəkilərək TDT-nin irəli sürdüyü təşəbbüslərin regional və qlobal çağırışlara necə töhfə verə biləcəyi ətrafında müzakirələr aparılıb. İştirakçılar təşkilatın geosiyasi mühitin formalaşmasındakı artan rolunu təhlil ediblər.

Kubanıçbek Ömüralıyev çıxışında TDT-nin artıq inkişaf edən deyil, özünəməxsus fəaliyyətlərlə üzv ölkələrin hərtərəfli inkişafına töhfə verən quruma çevrildiyini bildirib.

Qeyd edilib ki, bu təşkilat İstanbulda keçirilən Zirvə görüşü ilə tamamlanaraq 170 milyondan artıq insanı əhatə edən coğrafiyanın hədəflərinə fokuslanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri