Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Türk Dövlətləri Təşkilatı perspektivli əməkdaşlıq modeli

Türk Dövlətləri Təşkilatı perspektivli əməkdaşlıq modeli

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada siyasi hadisələr dünyəvi münasibətlərə istiqamətləndirilməsə, qarşılıqlı çoxtərəfli inam, etimad, ehtiram formalaşmasa gərgin siyasi qarşıdurmalar da yarana və davam etdirilə bilər. Bu baxımdan bəşəri ideyalara əsaslanan beynəlxalq təşkilatlar da fəaliyyətini məhz bu ülgü əsasında qurur. Belə təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat yarandığı vaxtdan dünyəvi siyasətə təsir göstərməyə, münaqişələrin, müharibələrin dayandırılması üçün ideoloji söz nümayiş etdirməyə çalışır və dünyanı da bu bəşəri fəaliyyətə səsləyir.

Qəbələdə 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edib. Siyasi nitq kimi dinlənilən bu çıxışın tezisləri təkcə həmin təşkilata daxil olan dövlətlərin deyil, sülhə meyilli dövlətlərin də xarici siyasətinin dünyəviliyə cavab verəcəyinə inam kimi tarixləşdi.
Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü, bu təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorun-ması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında olduğunu, təhlükəsizlik təmin edil¬mə-dən inkişafın mümkünsüzlüyünü, dünyada hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında son beş ilin ən böyük və ən qürurlu siyasi hadisəsi haqqında dedi: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
Ermənistan Azərbaycanın ədalətli müahribəsində məğlub olsa da üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmir. Sülh danışıqlarından yayınmağa çalışırdı. Belə bir şəraitdə dünyanın nəhəng dövlətlərindən biri olan ABŞ bu vəziyyəti regionda sonrakı siyasi hadisələr üçün təhlükəli hesab etdi və üçtərəfli görüşün təşkilinə qərar verdi. Görüş baş tutdu.
Dövlətimizin başçısı qeyd edib: “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”.
Azərbaycnla Ermənistan arasında ən başlıca danışıq mövzularından biri də Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə Ermənistanın deyil, Ermənistanın siyasi və hərbi havadarlarının da marağındadır. Onlar bu dəhlizin açılmasının qəti əleyhdarlarıdırlar. Prezident İlham Əliyev vurğulayıb: “Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib”.
Türk Dövlətləri Təşkilatı mənəvi birlik təşkilatıdır, ruhun təşkilatıdır, min illərin tarixinin neçə min illərə çatacaq dəyərlər sistemidir. Bu təşkilata daxil olan dövlətlərin mənəvi birliyidir, onları ortaq tarixi və etnik köklər, dillər bir ailə kimi birləşdirir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında həm də dedi ki, “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyət ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir”.
Dövlətimizin başçısı bu fikirlərini Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək kimi Füzu-lidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına mək¬təb, Cəbrayılda məktəb (Macarıstan tikir), Füzulidə məscid (Türkmənistan tikir) tikildiyini də xatırlatmaqla, bu birliyin müqəddəs birlik olduğunu diqqətə çatdırdı. Onu da bildirdi ki, Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəklərini heç vaxt unutmayacaq.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü dövlətçilik tarixlərinin, mədəniyyətlərin, ortaq ruhların görüşü kimi tarixləşdi. Bu tarixin qüdrət işığı əbədiyyən sönməyəcək.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri