Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Müzəffər Sərkərdə

Adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Müzəffər Sərkərdə

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan tarixində torpaq qaytaran, işğalçını qovan qalib sərkərdələrdən olan Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik sahədə liderlik nümayiş etdirərək, 2020-ci ildə Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək ölkənin hərbi, siyasi və iqtisadi gücünü artırmışdır. 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Sözsüz ki, güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi, müzəffər Ali Baş Komandan tarixi qələbə qazanaraq Qarabağın və ətraf ərazilərin azad edilməsi ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu.

Şəhid və qazilərimizə böyük ehtiram

Möhtərəm cənab Prezident Azərbaycanın möhtəşəm qələbəsinə nail olunmasında canından keçən şəhid və qazilərimizi daim ehtiramla yad edir, onların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirir, xatirəsini əziz tutur. O, Müharibə dövründə və ondan dərhal sonra şəhidlərimizin xatirəsinin əbədi yaşadılması üçün mühüm tapşırıqlar vermişdir. İmzaladığı mütərəqqi fərman və sərəncamlar ilə şəhid ailələri dövlət qayğısı ilə təmin olunmuş, onlara imtiyaz və güzəştlər müəyyən edilmiş, qazilərin müalicəsi dövlət hesabına təşkil edilmiş və sosial təminatları artırılmışdır. Cənab Prezident bütün çıxışlarında şəhidlərimizi yad edərək onlara öz ehtiramını ifadə edir ki, bu da on milyonluq Azərbaycan xalqının hər bir fərdinə vətənpərvərlik hissinin aşılanması üçün böyük nümunədir, həmçinin şəhid ailələrinə xüsusi diqqət və qayğının göstəricisidir.

Qarabağın bərpası

Müharibədən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün genişmiqyaslı layihələrə start verdi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) həyatında mühüm rol oynayaraq, partiyanı ölkənin siyasi sisteminin əsas sütunlarından birinə çevirmişdir. Onun rəhbərliyi altında partiya Ümummilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirərək Azərbaycanın inkişafı və sabitliyi üçün strateji əhəmiyyətli addımlar atmışdır. İlham Əliyev, YAP-ın sədri olaraq, partiyanın fəaliyyətinə müasir yanaşmalar gətirmiş, onu xalqın maraqlarına uyğun daha genişmiqyaslı təşəbbüslər həyata keçirən bir təşkilata çevirmişdir. İlham Əliyev YAP-ın beynəlxalq səviyyədə də nüfuzunun artmasına töhfə vermişdir. Onun irəli sürdüyü təşəbbüslər partiyanın Azərbaycan cəmiyyətinin inkişafı ilə yanaşı, ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsinə də xidmət etmişdir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının həyatındakı rolu və xalqın ona etimadı 2024-cü il fevralın 9-da keçirilmiş prezident seçkilərində bir daha təsdiqləndi. Bu seçkilər, Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev, xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi.

İqtisadi Yüksəliş

İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə yeni dövr başlamışdır. Onun rəhbərliyi altında ölkədə iqtisadi yüksəliş baş vermiş, Azərbaycan öz iqtisadiyyatını gücləndirərək regionda ən sürətlə inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Əsas prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və bu xüsusda qeyri-neft sektorun inkişafı olmuşdur. Bu dövrdə ölkədə böyük miqyaslı infrastruktur layihələri həyata keçirilmiş, müasir avtomobil yolları, dəmir yolları və hava limanları inşa olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr Azərbaycanı regionun enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini də möhkəmləndirmişdir. Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, yeni iş yerləri yaradılmış və əhalinin sosial rifahı yüksəlmişdir. Dövlətin biznes mühitini yaxşılaşdırmağa yönələn siyasəti kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş, ölkənin qeyri-neft ixracatı əhəmiyyətli dərəcədə artmışdır.

Beynəlxalq Arenada Nüfuz

İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.

Məzlumların lideri - Müstəmləkəçilikdən əziyyət çəkən xalqların dayağı, dəstəyi.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırladaraq müstəmləkəçiliyin yeni növü ilə hökmranlıq edən dövlətlərin koloniyalarda yaşayan xalqların üzləşdiyi haqsızlıqları ifşa etmişdi. Şuşada keçirilən Qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs qrupunun fəaliyyətini vurğulamış və onun üzvlərinə dəstək verməyə davam edəcəklərini bildirmişdir.

Ölkə Prezidenti kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir.  Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Prezident COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu. Cənab Prezidentin humanist və həssas yanaşmasının göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində dəstək göstərilmişdir.

Azərbaycanın regional qovşağa çevirilməsi

İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırmış, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirmişdir. Müasir avtomobil yolları və magistrallar inşa edilmiş, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulmuşdur. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Yeni hava limanları tikilmiş, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan və Laçın hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırmışdır.

Sosial siyasət

Prezident daim əhalinin sosial rifah halının yaxşılaşdırılması yönündə mühüm addımlar atır, onun apardığı sosial siyasətin mərkəzində Azərbaycan xalqı dayanır. Pensiyalar, maaşlar və sosial ödənişlər mütəmadi olaraq artırılmış, aztəminatlı ailələrə dövlət dəstəyi gücləndirilmişdir. Sosial infrastrukturun, o cümlədən xəstəxanaların, məktəblərin və idman obyektlərinin inşası xalqın rifahına birbaşa təsir etmişdir. Bu addımlar sosial ədalətin təmin edilməsinə və ümumilikdə cəmiyyətin sosial inkişafına töhfə vermişdir. Beləliklə, Prezident İlham Əliyevin çoxsaylı islahatları nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilmişdir.

İlham Əliyev həm milli, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanmış liderdir. Onun müdrik siyasəti və qətiyyətli addımları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dövlətimizin gələcək təhlükəsizliyini təmin etməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev adı artıq Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.

Doğum gününüz mübarək, cənab Prezident!

Pərvanə Vəliyeva,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri