Icma.az
close
up
RU
ADNSU nun şanlı salnaməsinə qızıl hərflərlə yazılmış ad

ADNSU nun şanlı salnaməsinə qızıl hərflərlə yazılmış ad

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan təhsilinin və tədrisinin inkişafinda əvəzsiz xidmətləri olan, şanlı tarixə malik Ali məktəbin salnaməsində iz qoyan ziyalılarımızdan olan Qasım Əmir oğlu Məmmədov 1958-ci ildə anadan olmuş, 1965-1975-ci illərdə Nəsimi rayonunda 42 saylı orta məktəbdə oxumuşdur. 1975-1980-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsində "Kimya istehsalının maşın və aparatları" ixtisası üzrə təhsil almışdır.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1980-1983-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya Müəssisələrinin Layihələndirmə İnstitutunda çalışmışdır.
1983-1989-cu ildə Sumqayıt Ali Texniki Təhsil Müəssisəsinin "Kimya istehsalatının maşınları və aparatları kafedrasında çalışmışdır.

1984-1986-cı illərdə aspiranturada təhsil almış, 1989-cu ildə EA-nın " Kimya texnologiyasının nəzəri problemləri İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1989-1993-cü illərdə AzDövNeftKimLİ-də mühəndis, aparıcı mühəndis, baş mütəxəssis işləmişdir. 1993-2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Kimya istehsalatı və tikinti materialları müəssisələrinin maşınları və aparatları" kafedrasının dosenti olmuşdur.

2007-2010-cu illərdə ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı işləmişdir-fakültə tələbələrinin akademiyanın ictimai həyatında fəal iştirakını, onların müxtəlif elmi tədbirlərdə çıxışını təmin etmiş, onun dövründə fakültə digər fakültələr arasında aparıcı yerlərdən birini tutmuş, tələbələrin dərsə davamiyyəti və imtahan göstəriciləri xeyli yaxşılaşmışdır.

2010-2015-ci illərdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru təyin olunmuşdur-tələbələrin vətənpərvərlik hisslərinin güclənməsində, maddi cəhətdən imkansız olan tələbələrə yardım göstərilməsi sahəsində, tələbələrin mədəni və idman sahəsindəki iştirakını təmin etmişdir, onun təşəbbüsü ilə Universitetdə müxtəlif tarixi hadisələrin qeyd olunması, Ulu Öndərin anadan olması və anım gününə həsr olunmuş konfransların keçirilməsi təmin olunmuşdur.

2015-2025-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Universitet bu illər ərzində tədrisin təşkili ilə bağlı bütün yeniliklərin pioneri olmuşdur. Tədrisin müasir standartlara uyğun təşkili, tədrisə beynəlxalq təcrübənin tətbiqi, yeni ixtisasların yaradılması, müasir tələblərə cavab verən proqramların və dərs vəsaitlərinin hazırlanması onun rəhbərliyi ilə həyata keçirilmişdir. İmtahanların test üsulundan yazılı və yazılı-şifahi formaya keçirilməsinin müəllifi məhz o olmuşdur. 2014-cü ildə Türkiyədə təşkil olunmuş "Ali təhsilin idarə olunması üzrə stajkeçmədə iştirak etmiş və sertifikat almışdır.

2010-cu ildə Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

2015-ci ildə Təhsil Nazirliyinin Fəxri Fərmanını almışdır.

2016-cı ildən ictimai əsaslarla Azərbaycan-Fransız Universitetinin Azərbaycan tərəfindən Pedaqoji komitəsinin sədri ololmuşdur

2018-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

2020-ci ildə Prezidentin Sərəncamı ilə "Əməkdar müəllim" Fəxri adı verilmişdir.

2021-ci ildə ADNSU-nun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 71 nəşr olunmuş elmi əsərin, 2 monoqrafiyanın, 3 dərsliyin, 11 dərs vəsaitinin, 46 elmi məqalənin və 3 ixtiranın müəllifidir.

Həyatının 50 illini qocaman neft məbədinə həsr edən Qasım Məmmədov təhsilimizin və tədrisin dünya standartları səviyyəsində yüksəlməsində, tələbələrin müasir tələblərə cavab verə biləcək dərs vəsaiti ilə təmin olunmasında əvəzsiz xidmət göstərmişdir-uzun illər yüksək vəzifələrdə çalışmasına baxmayaraq müqəddəs peşə olan müəllimliyə sadiq qalmış, tələbələrlə daim ünsiyyətdə olmuş, həm tələbələrin, həm də üniversitet əməkdaşlarının hörmət və ehtiramın qazanmışdır-qapısı hər vaxt hamının üzünə açıq olan Qasım müəllim hamıya xüsusi qayğı ilə yanaşmış, müraciət edənlərin arzu və istəklərini nəzərə almışdır - onun adı ADNSU-nun şanlı salnaməsinə qızıl hərflərlə yazılmışdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri