Icma.az
close
up
RU
Adi duzun geniş istifadəsi

Adi duzun geniş istifadəsi

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adi duz qidaların, turşuların hazırlanmasında istifadə olunur.

Bunu hamı bilir. Lakin duzun çox güclü müalicəvi xüsusiyyətləri də var. Emaldan keçməmiş (tund rəngdə olan iridənəli duz) daha xeyirli sayılır.

- Duz güclü iltihabəleyhinə xüsusiyyətə malikdir. Duz məhlulu ilə qarqaralar (1 stəkan qaynanmış ilıq su + 1 çay qaşığı duz) dişlər və damaqların iltihabları zamanı çox yaxşı kömək edir - ağrısızlaşdırır, iltihabı azaldır.

- Duz məhlulu ilə qarqaralar tonzillit (angina) zamanı da çox effektlidir.

- Zökəm zamanı duzla olan (adi və ya dəniz duzu istifadə oluna bilər) burun damçıları istifadə etmək yaxşıdır.

- Soyuq fəsillərdə qrip və soyuqdəymə xəstəliklərin epidemiyaları zamanı çoldən, məktəbdən, mağazadan və s. evə qayıtdıqda uşağın burnunu duzlu su ilə yuyun və duzlu su ilə qarqara edin. Bu çox effektli profilaktik vasitədir (böyüklər də bu vasitədən istifadə edə bilərlər).

- Oynaqlar xəstəlikləri (artrit və artroz) zamanı duz məhlulu ilə islatmalar (2 çay qaşığı duz + 1 stəkan qaynanmış ilıq su) xəstələrə çox yaxşı kömək edir. İlıq məhluldə 8 qat qatlanmış tənzif isladın, sıxın və oynağın üzərinə qoyub 10-15 dəqiqə saxlayın.

- Duz əlavə olunmuş ayaq vannaları (5 l su + 100 qr duz) göbələklə mübarizə edir, ayaqlarda olan şişkinlik və yorğunluğu aradan qaldırır.

- Duz irinli yaraları, irinlikləri çox yaxşı təmizləyir. Bunun üçün duzl məhlulu ilə islatmalar istifadə olunur (2 çay qaşığı duz + 1 stəkan su). Böyük Vətən müharibəsi zamanı dərmanlar çatışmırdı və həkimlər əsgərlərin yaralarına duzlu suda isladılmış sarıqlar qoyurdular.

- Müxtəlif dəri xəstəlikləri və iltihabları zamanı duz vannaları və duz məhlulu ilə olan islatmalar çox yaxşı kömək edir.

- Dəridə hematomalar, qançırlar, yanıqlar olduqda duzlu su ilə olan islatmalardan istifadə edin.

- Duz vannaları arıqlamağa kömək edir, bədən dərisini daha hamar edir, cavanlaşdırır, orqanizmi toksinlərdən və şlaklardan təmizləyir. Dolu vannaya 1/2 kq duz tökmək lazımdır. Duz kiçik çit torbaya tökülür və bu torba suya salınır.  Suyun temperaturu - 38 C-dən yuxarı olmamalıdır. Vannalar 10-15 gün 20 dəqiqə ərzində qəbul olunur. Bu sadə üsul 5 kq qədər arıqlamağa kömək edə bilər.

- Üz dərisinə də duz çox müsbət təsir edir, dərini daha parlaq və hamar edir, cavanlaşdırır. Duzu istənilən yağlı kremə (xamaya, zeytun yağına) əlavə edin və yüngül hərəkətlərlə massaj xətləri üzrə üz dərinizə bir neçə dəqiqə ərzində sürtün və sonra dəridə 5-10 dəqiqə saxlayıb yuyun. Bu vasitə dərini ölmüş hüceyrələrdən təmizləyir, dərini sanki cilalayır, ipək kimi edir.

- Saçların tökülməsi zamanı baş dərinizə massaj xərəkətləri ilə duz sürtün. Duz baş dərisində qan dövranını  yaxşılaşdırır, dəriyə antiseptik təsir edir, kəpəklə mübarizə aparır.

Mənbə: rodnik.org.ua

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see309

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see294

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see280

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see248

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see232

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see231

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see220

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see212

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see211

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see200

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see198

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see193

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see193

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see189

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see188

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see188

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see179

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see177

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see172

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

30 Avqust 2026 03:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri