Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Adı Eldar Mahmudovla hallanan şirkət cərimə olunur

Adı Eldar Mahmudovla hallanan şirkət cərimə olunur

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sumqayıt-Ağac Emalı" Açıq Səhmdar Cəmiyyəti (ASC) inzibati məsuliyyətə cəlb edilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsi) maddəsi ilə ittiham edilir. 

Bu maddəyə görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılacaq.

"Sumqayıt-Ağac Emalı" ASC 13 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 52 374 manat olan şirkətin qanuni təmsilçisi Kərimov Qeys Rza oğludur. 

Bir müddət əvvəl şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə məhkəmə çəkişməsinə görə gündəmə gəlmişdi. Həmin vaxt vergi orqanı 47 576,65 manat vergi borcuna görə şirkəti məhkəməyə vermişdi. Bu işin nəticəsi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. ASC-nin hazırda da 41 790,19 manat vergi borcu var. 

"Sumqayıt-Ağac-Emalı" ASC Haqverdi Məmədov adlı iş adamına məxsus olub. Şirkətin fəaliyyətinin ilk dövrlərində Haqverdi Məmmədov "AgBank"dan kredit götürüb. Həmin kredit  şirkətin onun əlindən çıxmasına səbəb olub. 

Haqverdi Məmədovun xanımı Elmira Məmmədovanın mediada yayılan müraciətindən məlum olur ki, şirkət keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətinə keçib. Şirkətin idarə edilməsi isə keçmiş nazirin dostu, sabiq deputat, "AgBank"ın sahibi kimi tanınan Çingiz Əsədullayevə tapşırılıb. Şirkətin hazırki qanuni təmsilçisi Qeys Kərimov bankirin yaxını adamıdır. Hər halda Elmira Məmmədova belə deyir. 

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olub. O, 2015-ci ildə MTN-də aparılan əməliyyatın nəticəsi olaraq o vəzifəsindən azad edilib. Bir qədər sonra isə qurum ləğv edilib. 

Çingiz Əsədullayev Milli Məclisin III çağırış deputatı olub. O, eyni zamanda "AgBank"ın əsas payçılarındandır. 

Çingiz Əsədullayevin yüksəlişində Eldar Mahmudovun rol oynadığı bildirilir. Keçmiş nazirin dostu olan bankir məhz onun dəstəyi ilə parlamentə düşə bilib. 

Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Çingiz Əsədullayevin də ulduzu sönüb. O, növbəti dəfə deputat seçilmək istəməsə də, cəhdi uğursuz alınıb. Daha sonra isə "AgBank"ın lisenziyası ləğv edilib. 

Seyid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri