Adı qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayevin doğum günüdür
1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılıb. 31 il öncə axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb olub. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi. Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir.
Azərbaycan tarixində elə insanlar var ki, onların adı sadəcə bir insan kimi deyil, bütöv bir xalqın yaddaşına insanlığın rəmzi kimi həkk olunur. Həmin ölməz qəhrəmanlardan biri də Çingiz Adil oğlu Babayevdir.
O, öz ömür işığını minlərlə insanın ömür işığına qurban verdi. 1964-cü ilin 2 oktyabrında Bakıda dünyaya gəlsə də, kökləri Naxçıvana bağlı idi. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil oldu. 1992-ci ildə Vətən ağır günlərindən keçərkən könüllü olaraq ordu sıralarına yazıldı, hərbi hissələrin birində rəis kimi çalışdı.
Lakin onun əsl qəhrəmanlıq dastanı 1995-ci ilin 28 oktyabrında yazıldı. Ulduz və Nərimanov metrostansiyaları arasında hərəkət edən qatarda baş verən yanğın zamanı yüzlərlə insanın həyatını xilas etdi. O, insanları ölümdən qurtarmağı bacardı, amma özünü xilas edə bilmədi. Çingiz Babayevin cənazəsi Bakının Yasamal qəbiristanlığında torpağa tapşırıldı.
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 1996-cı il tarixli fərmanı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bu gün Ulduz metrostansiyasında ucaldılmış abidə kompleksi qəhrəmanın ölməz xatirəsini yaşadır.
Çingiz Babayev bir daha sübut etdi ki, qəhrəmanlıq yalnız döyüş meydanında deyil – hər yerdə, ən çətin məqamda insanları xilas edərək də insanlığın zirvəsinə yüksəlmək mümkündür. Onun adı qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















