Adı var, özü yox… “BakuBus” avtobuslarında Wi Fi niyə İŞLƏMİR?
Icma.az, Bizim media saytına istinadən bildirir.
“BakuBus" MMC-yə məxsus avtobuslarda internetin tətbiq olunması məsələsi dəfələrlə müzakirə edilib. Sərnişinlər deyirlər ki, avtobuslarda Wi-Fi şəbəkəsinin adı görünsə də, qoşulmaqda problemlər yaranır.
Mövzuyla bağlı “BakuBus” MMC-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva Bizim.Media-ya açıqlamasında bilidirib ki, havayolu istiqamətindəki avtobuslarda Wi-Fi xidməti istifadəyə verilib.
"Bu xidmətin tətbiqi ölkəmizə yeni gələn qonaqların və ya rominq xidmətinə dərhal qoşula bilməyən vətəndaşların internetə çıxış imkanını asanlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, “BakuBus” MMC-nin şəhərlərarası marşrut xətləri - Bakı–Sınıq Körpü və Bakı–Gəncə istiqamətləri üzrə fəaliyyət göstərən avtobuslarında da “Wi-Fi” xidməti mövcuddur.
Sərnişinlər məsafənin uzunluğunu nəzərə alaraq səyahət zamanı internetdən istifadə edə bilirlər".
Açıqlamada qeyd olunub ki, avtobuslarda internetə qoşulma imkanının yaradılması sərnişinlər üçün əlavə bir xidmət olmaqla yanaşı, müəyyən maliyyə yükü də tələb edir:
“Bu səbəbdən layihənin geniş miqyasda tətbiqi üçün iqtisadi əsaslandırmanın aparılması, maliyyə mənbələrinin müəyyən edilməsi və texniki həllərin optimal variantının seçilməsi vacibdir.
Hazırda həm maliyyə, həm də texniki istiqamətlər üzrə müzakirələr davam edir və nəticələrə uyğun olaraq növbəti mərhələlər barədə qərar qəbul ediləcək”.
Nəzrin Mirzəyeva,Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 11 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















