Aztelekom xəbərdarlıq olmadan abunəçinin Wİ Fİ adı və şifrəsini niyə dəyişib?
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aztelekom şirkətinin internet xidmətlərindən istifadə edən vətəndaş şirkətin davranışından narazılığını ifadə edib.
AzPost xəbər verir ki, Zabil adlı abunəçi sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, onun Wi-Fi şəbəkəsinin adı və şifrəsi heç bir məlumat verilmədən dəyişdirilib.
Onun sözlərinə görə, məsələ ilə bağlı “Aztelekom”un qaynar xətti ilə əlaqə saxlayıb, əməkdaş isə bildirib ki, dəyişiklik “ATS” tərəfindən aparılıb və yeni ad-şifrə təqdim edib. Lakin vətəndaşın yazdığı şifrə uyğun gəlməyib.
“Dedilər o zaman əməkdaş yönləndirəcəyik ünvana. Düşündüm ki, elə özüm yaxınlaşım. Regionda fəaliyyət göstərən filialda başqa şifrə dedilər, o da işləmədi. İndi oturub əməkdaşın gəlməsini gözləyirəm,” – deyə o yazıb.
Zabil bildirib ki, abunəçinin razılığı və məlumatı olmadan bu cür dəyişikliklərin aparılması düzgün deyil:
“Ola bilər sistem yenilənməsi olsun, amma bu zaman abunəçiyə öncədən məlumat verilməlidir. Qaynar xətti yığmaqla həm pulum, həm də vaxtım gedir, əsəbləşirəm.”
O, müştəri sektorunda çalışan biri kimi bu yanaşmanı “laqeyd və qəbulolunmaz” adlandırıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 12 Noyabr 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















