Icma.az
close
up
RU
“Adi xəbər o qədər pinti dil və estetika ilə təqdim olunur ki…” DEPUTAT XANIMDAN AÇIQLAMA

“Adi xəbər o qədər pinti dil və estetika ilə təqdim olunur ki…” DEPUTAT XANIMDAN AÇIQLAMA

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnformasiya texnologiyalarının sürətli inkişafı klassik media ənənələrini sıradan çıxarmaq üzrədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında barədə Milli Məclisin xanım deputatı Elnarə Akimova deyib:

“Milli mətbuatın keçdiyi yol, onun mənəvi həyatımızda oynadığı rolla bağlı daim yazmışam. Bu yaxınlarda parlamentdə də bu mövzuda çıxış elədim. Məncə, hazırda mətbuat sələflərimizdən bizə ötürülən maarifçilik missiyasından bir qədər uzaqlaşıb. Peşəkarlıq və məsuliyyət arxa plana keçib. Çox oxunma, çox reytinq toplama xətrinə mətbuat bayağılığın və ötəri yanaşmaların səhnəsinə çevrilir. Məncə biz bugünkü imkan genişliyində peşəkarlıq, etika və məsuliyyət məsələlərində ehtiyatlı davranmalıyıq. Əsk təqdirdə ictimai etimad da, milli dirəniş də zəif qalacaq. Unutmayaq ki, mətbuat yalnız xəbər, informasiya ötürmək üçün bir vasitə deyil, milli ruhun, milli şüurun ayıq saxlanması üçün ən güclü arsenaldır”.

Deputat onu da vurğulayıb ki,  həmçinin bir çox hallarda mətbuat bəzən sifarişli, yaxud dəqiq müəyyənləşdirilməmiş informasiyalar yayır:

“Müəyyən siyasi və ya iqtisadi dairələrin təsiri altında fəaliyyət göstərən media nümunələri az deyil. Bu da əlbəttə ki, ictimai etimadı zəiflədir. Bizdə mətbuat azadlığı Konstitusiya ilə təmin olunub, müstəqil media qurumlarının fəaliyyətinə imkan yaradılıb. Necə görmək istərdim? İlk növbədə, media savadlılığını artırmaq, milli şüuru gücləndirmək lazımdır. Medianın savadlılığı oxucunun da maariflənməsi deməkdir. Daha peşəkar, dürüst ideoloji mövqeyi olan media qurumlarına üstünlük vermək prioritetə çevrilməlidir. Bu kontekstdə savadlı, səviyyəli media dilinin labüdlüyü məsələsini də unutmaq olmaz. Bəzən saytlarda, qəzetlərdə adi xəbər o qədər pinti dil və estetika ilə təqdim olunur ki, bunun qarşısını almaq üçün nəzarət mexanizmi işlənib hazırlanmalıdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri