Deputat: Oğlumun o qədər biliyi var ki, əsgərliyə getmədi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Andranik Koçaryan oğlu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Modern.az xəbər verir ki, deputat jurnalistlərlə söhbətində oğlunun hərbi xidmətdə olmamasını təsdiqləyib və bunu onun yüksək bilik səviyyəsi ilə əsaslandırıb:
“Mənim oğlum çox yüksək səviyyəli biridir. Əgər siz də onun qədər biliyə sahib olsaydınız, siz də xidmət etməzdiniz”, – deyə o bildirib.
Koçaryan əlavə edib ki, bu məsələ ilə bağlı sualların ünvanı hüquq-mühafizə orqanları olmalıdır:
“Bəli, mənim oğlum xidmət etməyib, müraciət edin Baş prokurora”, – deyə deputat vurğulayıb.
Baxış sayı:144
Bu xəbər 06 Aprel 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















