Adil Əliyevdən sərt mesaj: “Bar verməyən ağaca daş atan olmur”
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Dostlar, deməli, xeyirxah bir iş görürsən, gözəl bir tədbir keçirirsən, iştirakçılardan biri də səmimi şəkildə bunu paylaşır. Və çox keçmir ki, içində ilan zəhərini gəzdirən biri aidiyyəti oldu ya olmadı, gəlib həmin paylaşımın altına öz zəhərini tökür”, – deyə Adil Əliyev qeyd edib.
O bildirib ki, belə hallarda əsəbiləşmir, əksinə, bunun gördüyü işin doğru istiqamətdə olduğuna işarə olduğunu düşünür:
“Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm. Deməli, yoluma davam etməliyəm”.
Adil Əliyev 30 ildən çoxdur Heydər Əliyev siyasətini dəstəklədiyini vurğulayaraq, illər ərzində insanları və onların xarakterlərini daha yaxından tanıdığını bildirib. Onun sözlərinə görə, görülən yaxşı iş hər kəsi sevindirmir.
“Bəzilərini yaxşılıq yox, başqasının yaxşılıq etməsi narahat edir”, – deyə o əlavə edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı onu da vurğulayıb ki, cəmiyyətdə belə düşüncə tərzinin hələ də mövcud olması daha ciddi narahatlıq doğurur. Onun fikrincə, məsələ ayrı-ayrı xoşagəlməz şərhlərdən daha böyükdür və bu, ilk növbədə təfəkkür məsələsidir.
“Başqasının uğuruna sevinməyi, görülən xeyirxah işə qiymət verməyi, yaxşı olanı dəstəkləməyi bacarmayan insan öz düşüncəsini dəyişmədikcə heç vaxt irəli gedə bilməyəcək. Daim başqasının işində qüsur axtaran insanın öz işini və həyatını qurmağa nə vaxtı qalacaq, nə də enerjisi”, – deyə Adil Əliyev bildirib.
O, cəmiyyətin inkişafının insanların bir-birinə münasibətindən başladığını qeyd edib:
“Biz başqasını aşağı çəkməklə yüksəlmirik. Başqasının işinə kölgə salmaqla özümüz işıqlanmırıq. Əksinə, bir-birimizin uğuruna sevinməyi, yaxşı təşəbbüsləri dəstəkləməyi öyrəndikcə həm insan olaraq, həm də cəmiyyət olaraq böyüyürük”.
Adil Əliyev yolunu çoxdan seçdiyini və neqativ münasibətlərin fəaliyyətinə təsir göstərməyəcəyini vurğulayıb.
“Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Çünki bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur”, – deyə o qeyd edib.
Sonda Adil Əliyev yaxşılıq etməyə və quruculuğa davam edəcəyini bildirib:
“Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq.
Çünki sonda kimin nə danışdığı yox, kimin nə yaratdığı qalır. Ölkəni də, cəmiyyəti də irəli aparan danışanlar deyil — düşünən, çalışan, yaradan və yaxşılıq edən insanlardır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Sentyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















