Icma.az
close
up
RU
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: Hadisəni törədən şəxs...

Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: Hadisəni törədən şəxs...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.

Globalinfo.az xəbər verir ki, Araz Musayev yaydığı video-açıqlamada onu vurduranın icra başçısı olduğunu iddia edir.

“Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu”,-deyə Musayev ortaya iddia atıb.

Məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub. Xeyli suallar ortada dolaşır ki, bu iddia doğrudurmu və Araz Musayevi vuran şəxs kimlərə bağlıdır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev mətbuata açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir:

“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır”.

Adil Əliyev yekunda bildirilib ki, əslində Araz Musayev bu açıqlaması ilə özünü ifşa edir:

“Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır”.

Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri