Icma.az
close
up
RU
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? “6 il həbslə cəzalandırıla bilər”

Adil Əliyevə qarşı cinayət işi açılıbmı? “6 il həbslə cəzalandırıla bilər”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Cinayət-Prosessual Məcəlləsinin (CPM) 204-cü maddəsinə görə, şəxslər əgər məlumat verirsə, bununla bağlı araşdırma aparılır. Yəni cinayət işinin başlanması üçün faktiki əsas tələb olunur. Bu şəxsin, yəni Araz Musayevin mediaya verdiyi açıqlama hüquqi cəhətdən rəsmi məlumat sayılmır. O, prokurorluğa rəsmi ərizə, yaxud açıq məlumat tərzində iddia təqdim edərsə, onda araşdırma aparılacaq”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında "Konstitusiya Araşdırmalar Fondu"nun rəhbəri Əliməmməd Nuriyev deyib.

O vurğulayıb ki, Araz Musayevin mətbuata açıqladığı ittiham istintaqın başlanması üçün yetərli hüquqi əsas yaratmır:

“Bu ittiham istintaqın başlanması üçün yetərli hüquqi əsas yaratmır. Amma prokurorluq ilkin yoxlama materiallarının araşdırılması çərçivəsində məsələyə baxa bilər. Əgər yetərli sübutlar olarsa, bununla bağlı cinayət işinin başlanması mümüknüdür.

CPM-in 206-cı maddəsinə görə, məlumat hüquq-mühafizə orqanına təqdim edildikdən sonra cinayət başlanmasıyla bağlı araşdırma aparılır. Yoxlama nəticəsində ağlabatan şübhələr formalaşarsa (məsələn, əlavə şahid ifadələri), cinayət işi açılır. Amma görürük ki, indiki halda Araz Musayev sadəcə mediaya açıqlama verib. Bu məlumatlar prokurorluq orqanına təqdim olunub, yoxsa yox, - bilinmir”. 

Əliməmməd Nuriyev qeyd edib ki, icra başçılarına münasibətdə toxunulmazlıq mexanizmləri yoxdur:

“Digər tərəfdən, başqa bir məsələ onunla bağlıdır ki, kifayət qədər ağır cinayətdən ittiham olunması ilə bağlı məlumatlar gedir. Araz Musayevin verdiyi məlumatlar özündə Adil Əliyevin ona qarşı ağır cinayətlər törətməsini ehtiva edir. Cinayət Məcəlləsinin 297-ci maddəsinə görə, bilə-bilə yalan ifadə vermə, yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Xüsusən, bu əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı olduqda 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Başqa bir məsələ odur ki, 296-cı maddəyə görə, əgər şəxs bilə-bilə yalan xəbərçilik edirsə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər bu şəxs zərərçəkmiş kimi yalan ifadə verirsə, 297-ci maddə ilə 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Yalan məlumatlara görə həmin şəxs məsuliyyətə cəlb edilə bilər. Nəzərə alsaq ki, bu məlumatlar KİV-də yayılır və bu ittihamların yalan olduğu sübut edilərsə, onda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, cinayət məsuliyyəti yaradır. Yəni məsuliyyətin yaranması ittihamın yalan olduğu sübut edilməlidir. Belə olduqda, Adil Əliyev həm mülki qaydada, həm də xüsusi-ittiham qaydasında müraciət edə bilər.  

O ki qaldı şəxsin toxunulmazlığı ilə bağlı məsələyə, məlumunuz olduğu kimi, Konstitusiyanın 90-cı maddəsinə əsasən, deputatların toxunulmazlığı var. Onlarla bağlı cinayət işininin başlanması üçün Milli Məclisin razılığı lazımdır. Amma icra başçılarına münasibətdə isə toxunulmazlıq mexanizmləri yoxdur və bu məsələlər ümumi formada həll olunur”.

Xatırladaq: Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev özünə qarşı qəsd cəhdində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi ittiham edib. Onun sözlərinə görə, bədəməllərə tapşırığı məhz Adil Əliyev verib.

Öz növbəsində, icra başçısı bildirib, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri