Icma.az
close
up
RU
Ronaldo cəzalandırıla bilər: 6 aya qədər

Ronaldo cəzalandırıla bilər: 6 aya qədər

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliya millisində Kriştiano Ronaldo ilə bağlı gərgin vəziyyət yaranıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı futbolçu UEFA Millətlər Liqasında Norveçlə görüşdən sonra komandanın düşərgəsini tərk edib.
Portuqaliyanın Norveçi 2:1 hesabı ilə məğlub etdiyi matça ehtiyat oyunçular skamyasında başlayan Ronaldo ikinci hissədə isinməyə çıxsa da, meydana buraxılmayıb. Növbəti gün isə o, ehtiyatda qalan futbolçularla meydanda məşq etməyib, fərdi şəkildə zalda çalışıb.
Baş məşqçi Jorje Jezuş mətbuat konfransında Ronaldo ilə bağlı problem olmadığını bildirib. Portuqaliyalı mütəxəssis futbolçunun məşqdən imtina etmədiyini və meydanda oynamamaq qərarının yalnız ona aid olduğunu vurğulayıb:
“Baş məşqçi mənəm. Futbolçuya oynayıb-oynamayacağını mən deyirəm. Ona dedim ki, ehtiyatda olacaqsan. 30 dəqiqə ehtiyacım olsa, oynayacaqsan, olmasa, yox. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Kriştiano da, başqası da”.
Jezuşun açıqlamasından qısa müddət sonra Ronaldo Kopenhagendəki “Parken” stadionunu tərk edib. Futbolçu daha sonra sosial şəbəkədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə danışdıqdan sonra yığmanın düşərgəsindən ayrılmaq qərarı verdiyini açıqlayıb. O, səbəbləri daha sonra ictimaiyyətə açıqlayacağını bildirib. PFF də Ronaldonun düşərgədən ayrıldığını rəsmən təsdiqləyib.
Portuqaliya mətbuatında Ronaldonun intizam cəzası ilə üzləşə biləcəyi də yazılıb.
FPF-nin İntizam Əsasnaməsinin 160-cı maddəsinə əsasən, yığmanın məşqini, oyununu və ya tədbirini üzrlü səbəb olmadan tərk edən futbolçu 1 aydan 6 aya qədər futboldan uzaqlaşdırıla, həmçinin pul cəzasına məruz qala bilər.
Ronaldo Kopenhagendən şəxsi təyyarəsi ilə Madridə yollanıb. Portuqaliya millisi isə qarşıdakı Danimarka və Norveç oyunlarına qalan 24 futbolçu ilə hazırlaşacaq.
Qeyd edək ki, Ronaldonun Portuqaliya millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, futbolçu yığma karyerasını başa vurduğunu açıqlamayıb.

UEFA klublara 31,5 milyon avro ödəyəcək Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun” Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri