Icma.az
close
up
RU
Adil Kərimli Astanada Şura toplantısında

Adil Kərimli Astanada Şura toplantısında

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Adil Kərimli Astanada Şura toplantısında

Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

OLAY yazır ki, toplantıdan öncə Qazaxıstan Milli Muzeyində Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi olub. Məlumat verilib ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında “Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın 2024–2025-ci illər üzrə yubileylər siyahısına daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında UNESCO-nun baş qərargahında beynəlxalq konfrans keçirilib.  

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası öz işinə başlayıb. 

Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötən ildəki fəaliyyətindən danışıb, 70-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəfləri də diqqətə çatdırıb. 

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev çıxışında fondun fəaliyyətinin türk xalqlarının mədəni inteqrasiyasına öz töhfəsini verdiyini bildirib. 

İclasda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bütün türk əməkdaşlıq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir. 

Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında "Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu imzalanıb: “Bu sənəd türk mədəni irsinin qorunması istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və konkret layihələrin icrasına imkan yaradacaq. Eyni zamanda əməkdaşlığımızın bariz nümunəsi kimi, fondun maliyyələşdirəcəyi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən XVIII əsrə aid məscidin bərpası layihəsini göstərmək olar. Bu, Azərbaycanın mədəni irsinin qorunması istiqamətində türk dövlətlərinin həmrəyliyinin təzahürü olmaqla yanaşı, tarixi abidələrimizin bərpasında yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, fondun 2025-ci il üçün tədbirlər planına “Türk dünyasında ozan-aşıq sənəti: Aşıq Ələsgər irsi” adlı beynəlxalq elmi konfransın keçirilməsi də daxil edilib”.

Bildirilib ki, türk xalqlarının mədəniyyətinin və zəngin irsinin qlobal arenada tanıdılması və təbliğ edilməsi üçün yeni imkanların yaradılması zəruridir. Bu baxımdan, fondun 2025-ci il üçün tədbirlər planında nəzərdə tutulan mədəni irs üzrə rəqəmsal platforma – "Türk ensiklopediyası" əhəmiyyətli layihədir. Bu layihənin həyata keçirilməsi ilə türk xalqlarının mədəni irsinə (memarlıq abidələri, heykəltaraşlıq, rəssamlıq, tarix, adət-ənənələr və s.) aid zəngin məlumat bazası türk dillərində vahid bir platformada toplanaraq istifadəçilərə təqdim ediləcək.

Nazir çıxışının sonunda ötən ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması zamanı göstərdiyi yardım və dəstəyə görə Qazaxıstan hökumətinə, qardaş türk respublikalarına təşəkkür edib, toplantının işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı 2024-cü ilin 30 aprel tarixində Bakıda – qurumun qərargahında keçirilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://olay.az
archiveBu xəbər 07 Fevral 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri