Icma.az
close
up
RU
Nazir Adil Kərimli Astanada kitab təqdimatında çıxış edib FOTOLAR

Nazir Adil Kərimli Astanada kitab təqdimatında çıxış edib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Fevralın 6-da Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib. 

"Unikal" xəbər verir ki, təqdimatda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabı Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfə kimi səciyyələndirib. Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır”.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin öyrənilməsinə, gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq”, – deyə Adil Kərimli bildirib. 

Nazir çıxışında həmçinin Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Qıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun azərbaycan, türk və qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir ona yeni yaradıcılıq uğurları arzulayıb.

Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.

Digər çıxış edənlər də nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib. 

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub. 

Qeyd edək ki, fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçiriləcək. 
Xatırladaq ki,  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondu Şurasının 2-ci iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri