Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Adil Qeybulla: Qida təhlükəsizliyindəki boşluqlar yeni epidemiya riskləri yaradır

Adil Qeybulla: Qida təhlükəsizliyindəki boşluqlar yeni epidemiya riskləri yaradır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Ümumiyyətlə, bitki və heyvanlarda parazitlik edən müxtəlif virusların və digər mikroorqanizmlərin insana keçməsi təəccüblü deyil. Əhalinin sürətlə artması, təbii ekosistemlərin daralması, flora və fauna növlərinin məhv olması insanla vəhşi təbiət arasındakı təması artırır. Bu isə yeni infeksiyaların meydana çıxmasına və yayılmasına şərait yaradır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla ABŞ-da son illərin ən böyük siklosporoz epidemiyasını şərh edərkən deyib.

Adil Qeybulla hesab edir ki, qlobal ekoloji dəyişikliklər, urbanizasiya və qida təhlükəsizliyi sahəsindəki boşluqlar insanlarda yeni infeksiyaların yaranması riskini artırır. Onun fikrincə, son illərdə müşahidə olunan zoonoz və parazitar xəstəliklərin yayılması bu prosesin təbii nəticəsidir. Professorun sözlərinə görə, müxtəlif bakteriyaların, virusların və parazitlərin insanlara keçməsi artıq müasir epidemiologiyanın gözlənilən reallıqlarından biridir:

"Bu konkret halda siklosporoz infeksiyasının yayılması ilk növbədə qida təhlükəsizliyi və gigiyena qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə  yarımfabrikat məhsulların hazırlanması və saxlanılması zamanı sanitariya normalarına əməl  olunmaması infeksiyanın yayılmasına şərait yaradır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən də kahı kifayət qədər yuyulmadıqda parazit orqanizmə keçə bilər. Meksikadan idxal edilən və Meksika mətbəxi təqdim  edən bəzi restoranlarda istifadə olunan məhsullarla bağlı yoluxma hallarının qeydə alınması bunu göstərir. Lakin bu, bütün kahı məhsullarının  təhlükəli olması anlamına gəlmir".


Adil Qeybulla vurğulayıb ki, bütün meyvə və tərəvəzlər istehlakdan əvvəl axar su altında diqqətlə yuyulmalıdır:

"Söhbət yalnız Cyclospora parazitindən getmir. Echinococcus, müxtəlif helmintlər və digər parazitlər də çirkli meyvə-tərəvəz vasitəsilə insan  orqanizminə keçə bilər. Tərəvəzlər torpaqda  yetişdirilir, bəzən çirkab və ya kifayət qədər təmizlənməmiş su ilə suvarılır. Bundan başqa, əkin sahələrinə heyvanların daxil olması da bioloji çirklənmə riskini artırır. Buna görə meyvə və tərəvəzlərin yuyulması sadə gigiyenik qayda deyil, infeksiyalardan qorunmanın əsas şərtlərindən biridir".

Professorun fikrincə, yarımfabrikat məhsulların istehsalı, daşınması və idxalı üzərində sanitariya nəzarəti gücləndirilməlidir:

"ABŞ-a idxal olunan bu cür məhsullar sərhəddə ciddi laborator nəzarətdən keçirilməlidir. Necə ki, transsərhəd keçid məntəqələrində narkotik vasitələr və digər təhlükəli maddələr aşkar edilir, eyni həssaslıq qida təhlükəsizliyi məsələlərinə də tətbiq olunmalıdır. Hesab edirəm ki, mövcud nəzarət mexanizmlərindəki boşluqlar da belə epidemiyaların yaranmasında müəyyən rol oynayır".

Qeyd edək ki, ABŞ-da son illərin ən böyük siklosporoz epidemiyası qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, ölkə üzrə 10 400-dən çox laborator təsdiqlənmiş yoluxma halı aşkarlanıb, daha 12 255 nəfərdə isə infeksiyaya yoluxma ehtimalı müəyyən edilib.

İlkin araşdırmalara əsasən, yoluxmaların Meksikadan idxal edilən və Taco Bell restoranlarında istifadə olunan kahı ilə əlaqəli olduğu ehtimal edilir. Siklosporoz Cyclospora  parazitinin törətdiyi bağırsaq infeksiyasıdır və əsasən insan nəcisi ilə çirklənmiş su və ya qida məhsulları, xüsusilə meyvə və tərəvəzlər vasitəsilə yayılır.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri