Icma.az
close
up
RU
Professor Adil Qeybulla yeni pandemiya xəbərdarlığı etdi

Professor Adil Qeybulla yeni pandemiya xəbərdarlığı etdi

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"“Koronavirus bitdi” düşüncəsi bizi yeni pandemiyaya hazırlıqsız yaxalaya bilər”


COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının  Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək: “Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır”. Hande Harmancı qeyd edib ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.

Qeyd etməliyik ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Covid-19-dan sonra "X xəstəliyiı" adlandırılan yeni virusun ortaya çıxa biləcəyi barədə əvvəllər də xəbərdarlıq edib və dünyanın buna hazır olmasını tövsiyə edib. O, dünya ölkələri rəhbərlərini xəbərdar edərək bildirmişdi ki, məsələ yeni bir xəstəliyin, virusun ortaya çıxıb-çıxmayacağı deyil, məsələ bunun nə zaman olacağıdır. Yəni pandemiya istənilən halda, gec-tez olacaq. Əsas məsələ onun vaxtını mümkün qədər dəqiqləşdirməkdir. Baş katib xartırlatmışdı ki, 2018-ci ildə dünyanı yeni bir pandemiya gözlədiyindən xəbərdar etmişdi, az müddət sonra sözləri təsdiqini tapdı: “Milyonlarla insanın öldüyü, bu günə qədər sosial, iqtisadi və siyasi şokların yaşandığı Covid-19-un ardından qarşınızda dayanmışam. Bəzi irəliləyişlər olsa da, dünya daha bir pandemiyaya hazır deyil", söyləyən baş katib “dünyanın diqqəti ayrı-ayrı məsələlərə dağıldıqca əvvəlki fəlakətlər unudulur. Belə olmamalıdır”, demişdi. “X xəstəliyi”nin isə Covid-19-dan 20 qat daha ölümcül ola biləcəyi ehtimal edilir. Belə görünür ki, proqnozlaşdırılan “X xəstəliyi” elə qrip, influenza, respirator xəstəliklər, yəni bildiyimiz yuxarı tənəffüs yollarının iltihabı xəstəliyidir. ÜST-ün Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı da vaxtaşırı pandemiya xəbərdarlığı edir. “Burada çox vacib bir neçə məqsədi vurğulamalıyıq. Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. "Növbəti pandemiya nə vaxt baş verəcək?" - deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu, COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də... Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur – COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə, çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi” söyləyən H.Harmancı növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olmasının vacibliyini vurğulamışdı.  


Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla Sherg.az-a açıqlamasında pandemiya xəbərdarlıqlarının real olduğunu bildirdi:


 - XXI əsr virus əsri adlandırılır və bu, təsadüfi deyil. Covid-dən öncə də ÜST insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qrip pandemiyasının olacağını göstərmişdi. “İspan qripi”ndə olduğu kimi, virusun mutasiyaya uğraması nəticəsində xəstəliklər pandemiya şəklini alır. Pandemiya olacağı elmi proqnozdur. Gözləniləndir. ÜST də xəbərdarlıq edir ki, bəşəriyyət buna hazır olsun. Koronavirus pandemiyası dünya dövlətlərinin buna hazır olmadığı gerçəyini ortaya qoydu. Ölkələr arasında koordinasiya yetərli olmadı, nəticədə Covid-19 qısa müddətdə qlobal pandemiyaya çevrildi, dünyanı bürüdü. Bu, həqiqətdir. İnsanlar bunu nəzərə almalıdır, dövlətlər nəzərə almalıdır və hər cür gözlənilməz hadisəyə hazırlıqlı olmalıyıq.


A.Qeybulla qeyd etdi ki, vurus xəstəliklərindən qorunmaq üçün hansı qaydalara riayət ediləcəyi bəllidir:

- Bunlar, sanitar-gigiyenik qaydalara ciddi şəkildə riayət etməkdən ibarətdir. “Koronavirus bitib” düşünərək gigiyenik qaydaları görməzdən gəlmək, sağlamlıq problemlərinə diqqət etməmək təhlükəli hallara yol açır. İnsanlar bəzən qripi adi soyuqdəymə hesab edib, lazımi müalicə almırlar. Səhhətlərinə səhlənkar yanaşırlar.  


A.Qeybulla bildirdi ki, sağlamlığın pandemiyadan sonrakı bərpa dövrü çox önəmlidir:

- Bəzən insanlar tələsir, səbirsiz olur, qızdırma aşağı düşdümü, bir neçə gün qızdırma olmadı, öskürək yumşaldı, elə bilirlər, xəstəlikdən tamam sağalıblar və əvvəlki gündəlik rejimə qayıdırlar. Halbuki respirator xəstəliklərə çox ciddi yanaşılmalıdır. Biz hər zaman vətəndaşlara tövsiyə edirik ki, tam sağaldıqlarına əmin olsunlar. Müayinələrə laqeyd yanaşmasınlar. Virus xəstəlikləri elədir ki, orqanizmdə fəsadlar yarada, ağır izlər qoya bilir. Ola bilsin, insan ilk vaxtlarda bunu hiss etməsin, özünü yaxşı hiss etsin, xəstəliyin əlamətləri itib getsin, amma sonra, gözlənilmədən xəstəlik geri qayıda bilər, yaxud da başqa orqanlarda fəsadlar ortaya çıxa bilər. Ona görə də müalicə başa çatdıqdan sonra da bir müddət həkim nəzarəti altında olmaq, hələ müalicə davam edirmiş kimi sağlamlığa ciddi diqqət etmək, yan xəstəliklərin olub-olmadığını bilmək üçün müayinələrdən keçmək lazımdır. İstənilən xəstəlik insanı gücsüzləşdirir, orqanizmi zəiflədir. Zəif orqanizmdə hansısa digər xəstəlik üzə çıxa bilər. Xroniki xəstəlikləri olanlar xüsusilə diqqətli olmalıdır. Ağ ciyərlərdə fəsadlar, sinir sistemi, bel-onurğa, oynaqlarda ağrılar ola bilər. Bəzi insanlarda görmə qabiliyyətinin, bəzilərində eşitmə qabiliyyətinin zəifləməsi baş verir. Elə pasiyentlər olur ki, koronavirusdan sağalıblar, amma hələ də iybilmə, dadbilmə qabiliyyətləri bərpa olunmayıb. İnsanlar hər hansı xəstəlik keçiriblərsə, orqanizmin möhkəmlənməsinə çalışmalıdırlar. Güclü orqanizmlərə xəstəlik qalib gələ bilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri