Adil Şükürov: Belə bir oyunçuya sahib olmaq bütün komandaların istəyidir
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Leroy Mikels ilə ümumiyyətlə danışığımız olmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
O, "Şamaxı"nın sabiq futbolçusu Leroy Mikelslə danışıq aparmadıqlarını bildirib:
"Onunla müqavilə imzalamağımız yalan məlumatdır. Yaxşı futbolçudur. Belə bir oyunçuya sahib olmaq bütün komandaların istəyidir. Mütləq yeni transferlər olacaq. Ötən gün polşalı qapıçı Kaçper Rosa ilə müqavilə imzaladıq. İzlədiyimiz, danışıq apardığımız futbolcular var. Hələ ki, gözləyirik. Yaxın günlərdə danışıqları daha da intensivləşdirəcəyik".
Qeyd edək ki, "Sabah"da çıxış edən Coy-Lens Mikelsin qardaşı olan Leroy Mikels ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















