Icma.az
close
up
RU
Adil Şükürov: “Kəpəz” belə məğlubiyyətlərə layiq komanda deyil”

Adil Şükürov: “Kəpəz” belə məğlubiyyətlərə layiq komanda deyil”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  Ötən mövsümün sonu futbolçuların böyük əksəriyyəti komandadan getdi və biz indi yeni kollektiv formalaşdırırıq. Bu proses vaxt alacaq və belə nəticələrin olması da təbiidir. Çalışırıq ki, mübariz komanda formalaşdıraq və bu yöndə də işlərimizi davam etdiririk.

–  Transfer məsələləri nə yerdədir? Yeni futbolçu olacaqmı?
–  Bəli, yeni futbolçu ilə anlaşmışıq. Marselinyo Keverton! Onu gələn həftə sifariş ərizəsinə salmağı planlaşdırırıq.

–  Komandanın formalaşdırılması üçün nə qədər vaxt lazımdır? Məğlubiyyətlər rəhbərliklə aranızda narazılıq yarada bilərmi?

– Biz ilk növbədə özümüz komandaya inanmalıyıq. Bu yöndə atılan addımları görməliyik. Ondan sonra nəsə danışa bilərik. “Kəpəz” tarixi komandadır və belə məğlubiyyətlərə layiq deyil. Bunu nə azarkeşlər, nə də biz istəmirik. Çalışacağıq ki, bu istiqamətdə futbolçularla danışıb, psixoloji olaraq onları başa sala bilək. Belə oyunlarda daha sərt olmaq lazımdır ki, biz əvvəlki “Kəpəz”i görə bilək.

–  Hər il yeni komanda formalaşdırmamaq üçün futbolçularla uzunmüddətli müqavilə imzalamaq mümkündürmü?

–  Bu istiqamətdə də işlər gedir. Bütün futbolçularla 1+1 illik müqavilə bağlanılır ki, əlimizdə olanları formalaşdırıb, gələn il daha da gücləndirək. Ümumən isə futbolçularla uzunmüddətli müqavilə imzalamaqdan başqa bu müqavilənin şərtlərini yerinə yetirmək lazımdır. Bunun üçün də komandaya dəstək olmalıdır. Dəstək olmayanda 10 illik müqavilədə imzalansa, bunun əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq müəyyən bir artım olmalıdır. Artım olmasa, müqavilə şərtləri qarşılıqlı şəkildə pozulur. Bizdən asılı olmadığı üçün futbolçuların böyük əksəriyyəti getdi. Mübariz bir “Kəpəz” üçün gərək səbirli olaq.

Fərrux Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri