Adil Şükürov: Qurban Qurbanov bu dəfə əsas heyətə üstünlük versə...
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Neftçi" - "Qarabağ" oyunu deyəndə ağlımıza 10-15 il əvvəlki derbilər yada düşür". Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXIII turunda keçiriləcək Azərbaycan derbisi ilə bağlı fikirlərini bölüşüb:
"Həmin dövrdə bütün komandalarımızın gücü bərabər idi və matçlar derbi abu-havasında keçirdi. İndiki dönəmdə həmin matçlardakı atmosferi görəcəyimiz inandırıcı görünmür. "Qarabağ" avrokubok oyunlarını bitirib, yerli çempionata fokuslanıb. Qurban Qurbanov bu dəfə əsas heyətə üstünlük versə, "Neftçi" çox ağır anlar yaşayacaq. Samir Abasov hələ də tam heyəti formalaşdırmayıb. Hər oyunda heyətdə müəyyən dəyişikliklər olur. Bu da istənilən oyun üslübunu nümayiş etdirməyə imkan vermir. Qarşıdakı görüşdə "Qarabağ"ın şansları daha çox olacaq. Ona görə də matçın favoriti Ağdam klubudur".
Qeyd edək ki, fevralın 16-da təşkil olunacaq Azərbaycan derbisi saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















