Icma.az
close
up
RU
Qurban Qurbanov: Üstünlük Sabah tərəfdədir

Qurban Qurbanov: Üstünlük Sabah tərəfdədir

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Qarabağ" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən kollektiv dayanmışdı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

- Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiz?

- 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ otpimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda bir az çox yorulur. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress... Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.

- Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?

- Oyunun gedişatında olan rotasiya idi. Gözləyirdim ki, matçın gedişatında rotasiya edək. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi. 

- Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiz? Dünya çempionatına getməsini real sayırsız?

- Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarları verəcəklər.

- Apreldə "Sabah" və Neftiçi" ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsüzki?

- Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq. 

- Kris Kuaku rəqabətə hazır deyildi deyə, ayrıldı?

- İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, "yox" demədim. Onda da alınmadı, bizdə də. İndidən sonra oyunların sayı az olacaq, ehtiyac görmədik ki, onun qarşısını kəsək.

- Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladız?

- Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun. 

- Joni Montiel və Marko Yankoviç arasında seçim edəndə, çox düşünürsüz?

- İkisinin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).

- Sizcə, "Qalatsaray" "Liverpul" səddini İngiltərədə keçə bilər?

- İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma "Qaltasaray"a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladı. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar. 

- Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizin özünüzə təkliflər var?

- Bakıdayıq da hələ (gülür).

- Sami Mmae əsas komandaya geri qaytarıla bilər?

- Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.

- “Sabah”ın büdrəməsini real hesab edirsiz?

- Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.

- “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?

- Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Bizimlə oyundan daha yaxşı idi stadionun durumu. Nə qədər futbolçu zədədən qurtuldu orada.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Mart 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri